30 sutka alan cəbhəçinin hansı ittihamla həbs edildiyi məlum olub

30 sutka alan cəbhəçinin hansı ittihamla həbs edildiyi məlum olub
26 Avqust 2016
Mətni dəyiş
30 sutka inzibati həbs cəzası alan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, Qarabağ müharibəsi veteranı İsmayıl Rəsulov polisə müqavimətdə ittiham edilib.
Bu məlumatı Qaradağ Rayon Məhkəməsindən veriblər.
İsmayıl Rəsulovun oğlu Elşən Rəsulov isə atasına qarşı irəli sürülən ittiham ilə razılaşmır.
“O, ağsaqqal adamdır. Polisə müqavimətdən söhbət gedə bilməz. İnternetdə (facebook) hansısa vəzifəli şəxsi tənqid etmişdi. Söhbət ondan gedirdi” - deyə Elşən Rəsulov bildirib.
Elşən Rəsulov deyib ki, atası kirayə evdə yaşayıb:
“Atamın ailəsi kirayədə yaşayır. O avqustun 24-də mənim yaşadığım evdə idi. Polisdən zəng vurdular və onu polis şöbəsinə apardılar. Gecə orada saxladılar, avqustun 25-də isə 30 sutka həbs verdilər. Atam hazırda Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindədir. Ona lazım olan bəzi əşyaları apardım, görüşə icazə vermədilər”.
Qeyd edək ki, avqustun 24-ü saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İsmayıl Rəsulova 1 aylıq inzibati həbs cəzası verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun