ABŞ PYD-yə silah və kəşfiyyat dəstəyini dayandırıb

ABŞ PYD-yə silah və kəşfiyyat dəstəyini dayandırıb
27 Avqust 2016
Mətni dəyiş
ABŞ PKK-nın Suriya qanadı olan PYD-nin silahlı qanadı YPG-yə Menbic şəhərindən çıxaraq Fərat çayının şərqinə çəkilmə təlimatı verib, həm də silah və kəşfiyyat dəstəyini dayandırıb.
Bu barədə məlumatı İsrail kəşfiyyatına yaxın “Debka” saytı yayıb.
ABŞ-ın vitse-prezidenti Joe Biden YPG-nin Fəratın şərqinə çəkilməsi barədə təlimat verdikdən sonra ABŞ-ın Suriya və İraqdakı qüvvələrinin komandanı, general Steohen Tounsend YPG qüvvələrinə təlim keçən amerikalı əsgərlərin də bazalarına dönməsini əmr edib.
ABŞ PYD lideri Salih Müslümə YPG-nin Fəratın şərqinə çəkilməsi prosesi başa çatdıqdan sonra kəşfiyyat və silah dəstəyinin bərpa olunacağını bildirib.
Bu arada YPG-nin rəhbərliyindəki bəzi şəxslərin Türkiyə ordusuna müqavimət göstərmək üçün Fərat çayının qərbində qalmaq barədə qərar qəbul etdiyi barədə xəbərlər yayılıb.
İranda Mosul şəhərinin azad edilməsi üçün ABŞ tərəfindən təlim keçilən kürd döyüşçülərin də Vaşinqtonun YPG ilə bağlı son qərarını etirazla qarşıladığı deyilir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun