“Android 7.0 Nougat”nın yekun versiyası təqdim edilib

“Android 7.0 Nougat”nın yekun versiyası təqdim edilib
24 Avqust 2016
Mətni dəyiş
“Google” mobil əməliyyat sistemi “Android 7.0 Nougat”nın final versiyasını təqdim edib.
Əməliyyat sisteminin əsas yeniliklərindən biri çoxpəncərəli rejimdir. Bu rejimdə istifadəçi eyni anda ekranda bir neçə əlavə ilə məşğul ola bilər. “Doze” enerji qənaəti funksiyası təkmilləşdirilib, bildirişlər sistemi yenidən işlənib, “Daydream” virtual reallığın inkişafı layihəsi də sistemə daxil edilib.
Digər yeniliklərdən biri emodzilərin sırasının genişlənməsidir. Siyahı 72 emodzi ilə zənginləşdirilib.
Yeni OC ilə ilk təchiz olunan cihaz “LG V20” olub. Yaxın vaxtlarda “Nexus” seriyasından olan smartfonlar (6P, 5X, 6), eləcə də “Nexus 9” və “Pixel C.” planşetlərində də sistem yenilənəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun