“Apple” ucuz “iPad” buraxacaq

“Apple” ucuz “iPad” buraxacaq
16 Avqust 2016
Mətni dəyiş
“Apple” korporasiyası 2017-ci ildə üç versiyada “iPad” buraxmağa hazırlaşır.
Bunlar 12,9 düym displeyə malik “iPad Pro 2”, 10,5 ölçülü “iPad Pro” və 9,7 düymlük “loukost” (aşağı büdcəli istifadəçilər üçün) “iPad”dir.
Son variantın qiyməti aşağı olacaq və elə də böyük tələbat olmayan “iPad mini”ni əvəz edəcək. 2018-ci ilin isə “iPad”lar üçün inqilabi il olacağı gözlənilir. Belə ki, “Apple” planşetlərin dizaynında radikal dəyişikliyə hazırlıq görür. Cihazların AMOLED-displeylərlə təchiz olunacağı da nəzərdə tutulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun