70 il əvvəl avropalı qaçqınlar Yaxın Şərqdəki düşərgələrə yerləşib - fotolar

70 il əvvəl avropalı qaçqınlar Yaxın Şərqdəki düşərgələrə yerləşib - fotolar
23 Avqust 2016
Mətni dəyiş
İkinci dünya müharibəsinin qızğın vaxtlarında MERRA (Middle East Relief and Refugee Administration) Suriya, Misir və Fələstində Avropadan olan qaçqınların yerləşdirilməsi üçün düşərgələr təşkil etmişdi.
MERRA dünya ərazisində şəbəkələşmiş qaçqın düşərgələrinin fəaliyyət göstərməsi üçün hökumətlərlə, yerli və xarici yardım təşkilatlarla qarşılıqlı əməkdaşlıq edən bir təşkilat idi. Sosial rifahın əldə edilməsi üçün Beynəlxalq Miqrasiya Təşkilatı, Qızıl Xaç, Yaxın Şərq Fondu, Uşaqların Qorunması Fondu da MERRA-ya qaçqın düşərgələrinin fəaliyyəti ilə bağlı köməklik edirdi.
Sonralar Millətlər Birliyi də adı Çəkilən təşkilatların siyahısına qoşuldu. Bu yazımızda isə 2-ci Dünya müharibəsi vaxtı qaçqın düşərgələrində çəkilmiş bəzi fotoların yenidən rəngləndirilmiş variantlarını təqdim edirik.
1 may 1945. Məcburi köçkünlər Tangermunde-də Elbe çayı üzərində rusların yaxınlaşması ilə almanlar tərəfindən partladılmış körpüdən keçərkən.
[caption id="attachment_6290" align="alignnone" width="640"]wr-1 Foto: Henry Burroughs-AP / "TİME" üçün rəngləndirən: Sanna Dullaway[/caption]
26 Sentyabr, 1945. Berlində "Lehrter Strasse" müvəqqəti qaçqın düşərgəsində rəsmləri çəkilmiş alman qaçqınlar.
[caption id="attachment_6291" align="alignnone" width="640"]wr-2 Foto: Fred Ramage - Keystone / "TİME" üçün rəngləndirən: Sanna Dullaway[/caption]
Mart, 1945. Almanyada qaçqın düşərgəsi.
[caption id="attachment_6292" align="alignnone" width="640"]wr-3 Foto: Fred Ramage-Keystone / "TİME" üçün rəngləndirən: Sanna Dullaway[/caption]
14 dekabr, 1945. Polşanın Lodz şəhərindən Berlinə gedən 150 Polşalıdan sağ qalan bir neçə nəfər. Onlar ümid edirlər ki, Britanya hərbi qatarı bu dəmiryolundan keçərkən onları da götürəcək.
[caption id="attachment_6296" align="alignnone" width="640"]150 polşalı Foto: J. Carroll-AP / "TİME" üçün rəngləndirən: Sanna Dullaway[/caption]
2 Yanvar, 1945. Belçikanın La Gleize şəhərində bir qrup qaçqın. Belçika-Lüksemburq ərazisinə soxulan almanların amerikanlar tərəfindən çıxarılmasından sonra müharibədən dağılmış şəhərdən öz evlərinə qaytarılmaqlarını gözləyirlər.
[caption id="attachment_6297" align="alignnone" width="640"]la glieze Foto: Fred Ramage-Keystone / "TİME" üçün rəngləndirən: Sanna Dullaway[/caption]
10 Avqust, 1944. Almanların Amerikanlar tərəfindən məğlubiyyətə uğradılmasından sonra öz dogma şəhərləri St. Poisə qayıdan Fransız qaçqınlar yolda dincəlirlər.
[caption id="attachment_6298" align="alignnone" width="640"]st. pois Foto: AP / "TİME" üçün rəngləndirən: Sanna Dullaway[/caption]
1940-cı il. Parisin Alman işğalı ərəfəsində sakinlərin şəhərdən qaçması.
[caption id="attachment_6299" align="alignnone" width="640"]paris 1940 Foto: FPG / "TİME" üçün rəngləndirən: Sanna Dullaway[/caption]
1944–45-ci illərdə Şərqi Almanya. (tarix və yer dəqiq bilinmir)
[caption id="attachment_6300" align="alignnone" width="464"]alman reich 44-45 Foto: AP / "TİME" üçün rəngləndirən: Sanna Dullaway[/caption]
Yanvar, 1945. Belçika sakinləri yaxınlaşmaqda olan Alman ordusundan qaçarkən öz əşyalarını da götürüblər.
[caption id="attachment_6301" align="alignnone" width="640"]belçikalı Foto: Allan Jackson-AP / "TİME" üçün rəngləndirən: Sanna Dullaway[/caption]
1940-cı ildə Fransa yolunda bir-birinə kömək olan belçikalı qaçqın ailəsi.
[caption id="attachment_6302" align="alignnone" width="640"]belcika1940 Foto: Three Lions / "TİME" üçün rəngləndirən: Sanna Dullaway[/caption]
18 may 1945-ci ildə Lixtenşteynə keçmək üçün tikanlı məftillərin arxasında gözləyən qaçqın izdihamı. Onlar bu sərhədi keçmək üçün sərhəd işçiləri tərəfindən hərtərəfli yoxlanmalı idilər.
[caption id="attachment_6303" align="alignnone" width="640"]lixtenshtein Foto: bilinmir / "TİME" üçün rəngləndirən: Sanna Dullaway[/caption]
7 Avqust 1944-cu ildə Fransanın Roncey əyalətində öz velosipedinə bağlanmış iplə uşaq arabasını dartan kişi.
[caption id="attachment_6304" align="alignnone" width="640"]ronce france Foto: Fred Ramage-Keystone / "TİME" üçün rəngləndirən: Sanna Dullaway[/caption]
31 may, 1944. Portuqal gəmisi Serpa Pintoda bir qrup qaçqın. Onlar Alman dənizaltı gəmisi tərəfindən tutulmuş və gəmini batırmaq qərarı verilmişdir. Alman zabitlərinə gəmini batırmamaq üçün əmr gəldikdən sonra isə gəmi azad buraxılmışdır.
    [caption id="attachment_6305" align="alignnone" width="640"]portugal 44 Foto: AP / "TİME" üçün rəngləndirən: Sanna Dullaway[/caption] Tərcümə: Orxan 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun