Kanadadan sürpriz DAEŞ qərarı

Kanadadan sürpriz DAEŞ qərarı
27 Avqust 2016
Mətni dəyiş
Kanadanın İctimai Təhlükəsizlik və Fövqəladə Hallar naziri Goodale, daha əvvəl "ISIS" ya da "ISIL" olaraq adlandırdıqları terror təşkilatı üçün "DAEŞ" ifadəsini istifadə edəcəklərini açıqlayıb.
Ralph Goodale, nazirliyin hazırlanan "Kanadaya Terror təhdidi 2016 Hesabatı"nın ön sözündə "Məqsədlərinə çatmaq üçün şiddəti və terroru seçən və özlərinə sözdə 'İslam Dövləti' deyən bu qrupun, nə İslamla, nə də dövlət olmaqla əlaqəsi yoxdur. Bu səbəblə bundan sonra həmin qruplaşma üçün DAEŞ ifadəsi istifadə ediləcək" - deyə bildirib.
Hesabatda Kanadadan DAEŞ kimi terror təşkilatlarına qatılan şübhəlilərin 20 faizinin qadınlardan ibarət olduğu məlumatı paylaşılıb.
Hesabatda deyilib ki, Suriyaya səyahət edən qadınların hansı məqsədlə səyahət etdikləri məlum deyil. Ən tez düşünülən fərziyyə isə qadınların terrorçularla evlənmək üçün ölkə xaricinə getmələridir.
Sonda isə nazir onu da qeyd edib ki, 2015-ci ildə 180 şübhəli başda DAEŞ olmaq üzrə terror təşkilatlarına qatılmaq üzrə ölkədən ayrılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun