Kerry: "ABŞ kürdlərin müstəqilliyini dəstəkləmir"

Kerry: "ABŞ kürdlərin müstəqilliyini dəstəkləmir"
27 Avqust 2016
Mətni dəyiş
"Birləşmiş Ştatlar vahid Suriyanın qorunub saxlanması mövqeyindən çıxış edir və kürdlərin mövqeyini dəstəkləmir"
Bu fikirləri dövlət katibi John Kerry Cenevrədəki görüşdən sonra bildirib: "Biz vahid Suriya tərəfdarıyıq və müstəqil kürd təşəbbüsünü dəstəkləmirik. Onlarla və kürd qüvvələrinin bir qismi ilə iş olduqca məhdud əsasda aparılıb".
Buna da baxın: 12 saatlıq Cenevrə görüşü başa çatıb, Suriya məsələsində razılıq əldə olunub
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, kürdlər Suriya dövlətinin bir hissəsi olaraq qalmalıdırlar: 
"Biz amerikalı həmkarlarımız ilə bütün Suriya tərəflərinin iştirak etməli olduğu siyasi prosesin təcili başlanmasının vacibliyini təsdiq etmişik. Kürdlər bu prosesdə tam şəkildə təmsil olunmalıdırlar, onlar Suriya dövlətinin və problemin həllinin bir hissəsi olaraq qalmalıdırlar".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun