Rəis müavini sürücünü vurub, həyat yoldaşını təhqir edib - video

Rəis müavini sürücünü vurub, həyat yoldaşını təhqir edib - video
26 Avqust 2016
Mətni dəyiş
Bakıda yol polisi ilə sürücü arasında mübahisə yaşanıb. Hadisə Tbilisi prospektində qeydə alınıb. Səhər saatlarında Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev (10-AP-400) bir avtomobili saxlayıb.
Həyat yoldaşını işə aparan şəxsə yaxınlaşan polis işçisi avtomobili yolun kənarından götürməyi tələb edib. Sürücü o anda polisdən xahiş edib ki, həyat yoldaşı hamilədir və burada düşməyini xahiş edib.
Ancaq Rəşadət Babayev ərinin yanında qadını söyüb. Bundan əsəbləşən sürücü isə avtomobildən düşərək polislə mübahisə edib. Rəis müavini Rəşadət Babayev sürücüyə sillə vurub və onu da söyüb. Hadisəni kənardan görən mühafizəçi də məsələyə müdaxilə edib. Ancaq polis işçisi ona da arxadan təpik vurub.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev məsələ ilə bağlı açıqlama verib. Bildirib ki, həmin ərazidə dayanma durma nişanı qoyulub:
“Bankın işçiləri istəyirdilər ki, nişan olmasın və istədikləri yerdə maşınlarını saxlasınlar. Mən də sürücüyə demişəm ki, maşını ordan götürsün. Sürücü də maşını götürmək istəmədi. Bununla bağlı tədbir görülməsini istədim. Orada yazılıb ki, guya hamilə qadına qarşı hansısa hərəkətlər edilib. Yalan yazıblar. Orada heç bir insident olmayıb. Əgər olsaydı, şikayət edilərdi”.
[video width="226" height="398" mp4="http://abzas.net/wp-content/uploads/2016/08/14168400_293802094319253_73485825_n.mp4"][/video]  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun