Siyasətdə bir-birini əvəzləyən 10 cütlük

Siyasətdə bir-birini əvəzləyən 10 cütlük
6 Avqust 2016
Mətni dəyiş
Rosario Murillo öz həyat yoldaşı Daniel Orteqaya böyük təsir gücü var. Nikaraqua prezidenti Daniel Orteqa üçüncü dəfə prezident seçkilərinə gedərkən öz həyat yoldaşı Rosario Murillonun da vitse-prezidentlik postuna namizədliyini irəli sürüb.
Ölkənin birinci xanımı Rosario Murillo prezidentin hakimiyyətini paylaşdığı yaxın “dostu” hesab edilir.
Murillo da həyat yoldaşları tərəfindən tutulan prezidentlik postlarına namizədliklərini verən latın amerikası qadın siyasətçilərinin siyahısına öz adını yazır. Və təbii ki bu siyahı latın amerikası ölkələri ilə məhdudlaşmır.
Biz bu yazıda hakimiyyətlərini bir birinə ötürən və ya buna cəhd edən 10 cütlüyü sizə təqdim edirik.daniel
Hilari Klinton 1993-2001-ci illərdə prezident olmuş həyat yoldaşı Bill Klintonun yolu ilə gedərək o da ABŞ prezidenti olmaq üçün namizədliyini irəli sürmüşdür.
hillary-clinton-bill-clinton-nostalgia-economy-b
Argentinada Kristina Fernandes Kişner 2007-ci ildə əri Nestor Kişnerdən sonra prezidentlik postunu ələ keçirdi. Kişnerlərin prezident postuna növbə ilə oturacaqları düşünülsə də 2010-cu ildə Nestor Kişnerin vəfatı ilə bu plan yarımçıq qalır.
cristina
Bundan təxminən 30 il əvvəl – 1974-cü ildə isə İzabel Martinez de Peron əri Xuan Peronun ölümündən sonra Argentinanın prezidenti olmuşdu.
xuan
Filippində 21 il hakimiyyətdə qaldıqdan sonra prezidentlikdən devrilən Ferdinan Markosun xanımı İmelda Markos 1992-ci ildə prezidentliyə namizədliyini vermişdi. Lakin o bu seçkilərdə 5-ci yeri tutaraq prezidentliyi ailəyə qaytara bilməmişdi.
ferdinand
Hondurasın keçmiş prezidenti Manuel Selayın xanımı Siomara Kastro 2013-cü ildə prezidentliyə namizədliyini versə də, mühafizəkar Xuan Orlando Hernandesə seçkilərdə məğlub olmuşdu. Şəkildə də göründüyü kimi Siomara Kastro həyat yoldaşının kovboy papaqlarına olan xüsusi marağını bölüşür.
simora
Qvatemalanın keçmiş prezidenti Alvaro Kolomun xanımı Sandro Torres ölkə konstitusiyasının yaxın qohumların bir birlərini hakimiyyətdə əvəz etməklərinin qadağan etdiyinə görə əri ilə boşanaraq prezidentliyə namizədliyini vermişdi. Ancaq o seçkilərdə məğlub olmuşdu.
torrescolom600
Seqolan Rual 2007-ci il Fransada prezident seçkilərində sosialistləri təmsil edirdi, daha sonra namizədliyini Nikola Sarkozinin xeyrinə götürmüşdü. 2011-ci ildə o namizədliyini ilkin prezident seçkilərində irəli sürsə də keçmiş həyat yoldaşı Fransua Ollandaya məğlub olmuşdu. Olland Rualı Ekologiya və Davamlı İnkişaf Naziri postuna təyin etmişdi.
Segolene
Yoveri Museveni 1986-cı ildə Uqanda prezidenti olduqdan sonra onun xanımı Janet Museveni birinci xanım olur, 2006-cı ildən Parlamentə üzv sonradan isə İdman və Təhsil Naziri olur.
museveni
Nelson Mandelanın keçmiş xanımı Vinni heç vaxt dövlət başçısı postuna iddia etməsə də o CAR-da sağçı Afrika Milli Konqressi partiyasında idarəetmədə güclü təsirə malik qadın idi.
Winnie
Tərcümə: Orxan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun