Türkiyədə Avropanı Asiyaya birləşdirən üçüncü körpü açılıb - FOTO

Türkiyədə Avropanı Asiyaya birləşdirən üçüncü körpü açılıb - FOTO
27 Avqust 2016
Mətni dəyiş
2013-cü ilin may ayında təməli atılan İstanbul Boğazının üçüncü körpüsü Yavuz Sultan Selim Körpüsünün rəsmi açılış mərasimi keçirilib.
Rəsmi məlumatlara görə, Yavuz Sultan Selim Körpüsü və Şimali Marmara avtomobil yolunun ərsəyə gəlməsi üçün 3 milyard dollar sərf edilib.
31 avqust tarixinə qədər ödənişsiz olacaq körpüdən, həmin gündən sonra vətəndaşlar keçid üçün 9,90 lirə verməli olacaqlar.
Dünyanın ən geniş körpüsü olacaq Yavuz Sultan Selim Körpüsü, 148 kilometr uzunluğundakı Odayeri-Paşaköy seqmenti üzərində yerləşir. Körpünün eni 59 metr, qüllə yüksəkliyi isə 322 metr olacaq.
Yavuz Sultan Selim körpüsündə 4 hərəkət zolaqlı avtomobil yolu, 2 dəmiryol xətti var.
Ümumi uzunluğu 2 min 164 metr olan körpü, 'üzərində relsli sistem olan dünyanın ən uzun asma körpüsü' olaraq xarakterizə edilir.
Körpünün rəsmi açılışında əvvəlcə baş nazir Binali Yıldırım çıxış edib: "Bu gün 26 Avqust, Mustafa Kemalın düşmən qüvvələrə qarşı böyük hücuma başladığı günün ildönümüdür. Bu gün günlərdən Türkün gücünün bütün dünyaya göstərildiyi gündür. Bu gün eyni zamanda Fırat Kaplanı əməliyyatının müvəffəqiyyətlə başa çatdığı gündür".
Fatih Sultan Mehmetin İstanbulu fəthindən sitat gətirən Yıldırım, "Bu körpünü inşa etməyə qərar verərkən prezidentimizlə bu barədə çox düşündük. Ən az üç ay körpünün qurula biləcəyi uyğun yerləri araşdırdıq. Fatehin nəvələrinə da bu yaraşar" deyib.
Açılışda sabiq baş nazir və Konya millət vəkili Ahmet Davutoğlu da çıxış edib:
"Bu gün burada bir tarix yazırıq. İstanbullular hər şeyin ən gözəlinə layiqdir. Bu gün bayram günüdür. Bu bayraq əzizdir. Bu ölkə əbədi olaraq azaddır və azad qalacaq".
Daha sonra söz alan Türkiyənin 11-ci prezidenti Abdullah Gül, "3 il əvvəl burada körpünün təməlini atmışdım. Körpünün adının Yavuz Sultan Selim Körpüsü olacağını deyənlərdən biri olaraq bu şərəfə nail olmuşdum. Məmləkətimizə və bütün insanlığa xeyirli olsun" - sözlərini deyib.
Son olaraq açılışda prezident Recep Tayyip Erdoğan danışıb.
Erdoğan çıxışında Avrasiya tunel, Çanakkale Körpüsü və Kanal İstanbul layihələrini də xatırladıb və "Müasir mədəniyyətlər səviyyəsinə çıxmaq elə sözdə olmaz" deyib: "Bizə inanmayanlar oldu. 'İmkan verməyəcəyik' deyənlər oldu. Buralara gəlib nümayiş edənlər oldu. Amma biz dedik ki, bu yoldan dönmək olmaz, Yavuz Sultan Selim körpüsü inşa ediləcək. Allaha həmd olsun, bacardıq. 20 dekabrda da inşallah Avrasiya tunelinin açılışını edəcəyik".
Körpünün açılışı üçün təşkil edilən rəsmi mərasimə həmçinin Bəhreyn Kralı Hamed bin İsa Al Halife, Bosniya və Herseqovina Prezident Şurasının sədri Bekir İzzetbegoviç, Makedoniya Prezidenti Gjorge İvanov, Şimali Kiprin prezidenti Mustafa Akıncı, Bolqarıstan Baş naziri Boyko Borisov, Pakistan Pəncab Əyaləti Baş naziri Şahbaz Şerif, Serbiya Baş nazirinin müavini Rasim Ljajic , Gürcüstan Baş nazirinin birinci müavini Dimitri Kumsisihvili ilə birlikdə çox sayda ölkənin nəqliyyat və iqtisadiyyat nazirləri qatılıb.
Rəsmi açılış mərasimində Türkiyə prezidentinin çıxışından sonra Dini işlər üzrə nazir Mehmet Görməzin duaları ilə körpü xidmətə açıq elan edilib.
yaa yav yavuz_sultan_selim_koprusu_aciliyor_canli_h151774_56d8d yavuz-sultan-selim-k-8f595995577fccb950c9 Yavuz-Sultan-Selim-Koprusunun-acilisi-yapildi-4

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun