Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib

Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib
22 Avqust 2016
Mətni dəyiş
Türkiyənin Şanlıurfa vilayətində terrorçular tərəfindən növbəti partlayış törədilib.
Hadisə Viranşehir-Şanlıurfa şosesində yerləşən Kırlık polis bölməsinin yaxınlarında yola basdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində meydana gəlib.
Partlayış anında ərazidən keçən zirehli polis avtomobilində olan 4 polisin yaralandığı bildirilir.
Yaralananlar xəstəxanaya yerləşdirilib. Terroristlərin axtarışı üçün əməliyyat tədbirləri başlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun