Elçin Qasımovun həbs müddəti uzadılıb

Elçin Qasımovun həbs müddəti uzadılıb
24 Sentyabr 2016
Mətni dəyiş
Bu gün “Müsəlman Birliyi” Hərəkatının sədri, Taleh Bağırovun müavini Elçin Qasımovun Nəsimi Rayon Məhkəməsində istintaq müddətinin uzadılması ilə bağlı işə baxılıb.
Hakim Babək Pənahovun rəhbərliyi ilə keçirilən məhkəmədə Elçin Qasımovun istintaq müddəti daha iki ay müddətinə uzadılıb.
Xatırladaq ki, Elçin Qasımov ötən ilin noyabrın 5-də həbs edilib.
O əvvəlcə İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılıb və 30 gün müddətinə inzibati həbs cəzası alıb.
Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə E.Qasımov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.
Elçin Qasımov xuliqanlıqda, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun