Futzal millimiz tarix yazdı - fotolar

Futzal millimiz tarix yazdı - fotolar
23 Sentyabr 2016
Mətni dəyiş
Futzal üzrə Azərbaycan milli komandası Kolumbiyada keçirilən dünya çempionatında 1/8 final qarşılaşmasına çıxıb.
Tayland ilə üz-üzə gələn komandamız 13:8 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Yığmamız 1/4 final mərhələsində Portuqaliya ilə qüvvəsini sınayacaq. Sentyabr 26-da keçiriləcək görüş Bakı vaxtı ilə  gecə saat 03:00-da başlayacaq.
Qeyd edək ki, millimiz qrup mərhələsində Mərakeşə 5:0 hesabı ilə qalib gəlib, İspaniyaya məğlub olub (2:4) və son oyunda İranla heç-heçə ( 3:3) edərək adını ən güclü 16 komanda sırasına yazdıra bilmişdi.

futzal33 futzal34 futzal35

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun