Heç kim ona inanmırdı, ancaq o, haqlı imiş...

Heç kim ona inanmırdı, ancaq o, haqlı imiş...
24 Sentyabr 2016
Mətni dəyiş
Məşhur yazıçı Ernest Hemingway (Ernest Heminquey) tez-tez Kubada olardı. Onun hətta Kubada şəxsi evi də var idi. Hemingway “Qoca və dəniz” povestini məhz Kubada yazmışdı. Həmin dövrdə Kuba ilə həm ABŞ-ın, həm də SSRİ-nin xüsusi xidmət orqanları maraqlanırdı. Bəs bütün bunlar yazıçı ilə necə əlaqəli idi?
Ernest Hemingway 1960-cı ildə ABŞ-a döndü. Bu dönüşdən sonra onun həyatının ən depressiv dövrü başladı. O, artıq əmin idi ki, onu FBI (Federal Təhqiqat Bürosu) izləyir. Bu şübhələr o həddə çatdı ki, yazıçını psixiatrik klinikaya yatırmalı oldular. Bu haqda Hemingway belə deyərdi:
"Bu həkimlər mənə elektroşok verirdilər, onlar yazıçıları başa düşmürlər... Qoy bütün psixiatrlar yazıçı olmağın nə demək olduğunu bilmək üçün sənət əsərləri yaratmağı öyrənsinlər... Mənim bütün beynimi dağıtmaq, bütün yaddaşımı silməyin mənası nə ola bilər axı?"
2 iyul 1961-ci ildə Ernest Hemingway arxasında heç bir intihar məktubu qoymadan özünü sevimli silahı ilə vurdu. Yazıçmının dostunun fikirlərinə görə Hemingway-i ölümə aparan son damla FBI qorxusu idi.
Onun ölümündən məhz 50 il sonra məlum oldu ki, yazıçını həqiqətən FBI izləyirmiş. FBI-dan Hemingway-in 40-cı illərdən başlayaraq Kubadakı "şübhəli fəaliyyət"indən dolayı izlənilməsinə dair məxfi sənədlər ortaya çıxmışdı.
Belə çıxır ki, Ernest Hemingway-in psixiatrik klinikaya düşməsinin səbəbi yazıçı xəyalının məhsulu deyil, reallıq imiş...
Tərcümə: Asya Cəlilova
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun