İranda ictimai yerlərdə siqaret çəkmək qadağan edilib

İranda ictimai yerlərdə siqaret çəkmək qadağan edilib
23 Sentyabr 2016
Mətni dəyiş
İranda bu gün etibarilə ictimai yerlərdə siqaret çəkmə qadağasının qüvvəyə mindiyi açıqlanıb.
Siqaretlə Mübarizə Təşkilatının baş katibi Mohammadreza Masjed rəsmi dövlət agentliklərinə verdiyi açıqlamada xəbəri təsdiqləyib.
Qadağaya uyğun olaraq xəstəxana, teatr, otel, restoran, muzey, dövlət dairələri, ibadət yerləri, kütləvi nəqliyyat vasitələri kimi yerlərdə tütün məhsullarından istifadə edilməyəcək.
Mövzuyla əlaqədar danışan Masjed, "Hər il siqaret səbəbindən 65 min iranlı həyatını itirir. Xərçəng xəstəliyinin 25 faizi siqaretdən qaynaqlanır. Ürək və xroniki tənəffüs xəstəliklərini də buna aid etmək olar. Səhiyyə Nazirliyi, Ekologiya İdarəsi, Bələdiyyələr və hüquq təşkilatlarının səyləri sayəsində belə bir qərar qüvvəyə mindi", - deyə bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun