Kutaisidə 1 mlrd avro dəyərində 60 min tələbəlik universitet şəhərciyi salınacaq

Kutaisidə 1 mlrd avro dəyərində 60 min tələbəlik universitet şəhərciyi salınacaq
14 Sentyabr 2016
Mətni dəyiş
Kartu fondu Kutaisidə tikiləcək 60,000 tələbəlik 140 hektar əraziyə malik universitet tədqiqat kampusuna investisiya qoyur.
Gürcüstan məktəbdən sonrakı təhsili formalaşdıracaq və ölkəni regionun təhsildə lider ölkələrindən birinə çevirəcək yeni bir təhsil erasına qədəm qoyur. Sentyabrın 13-ü Gürcüstanın baş naziri Giorgi Kivirkaşvili hökümətin Qafqazda ən böyük və modern universitet kompleksi tikərək regional təhsil və tədqiqat mərkəzi yaratmasına dair planını açıqlayıb.
Bu səciyyəvi universitet tərzində bir kampus olmaqla bir neçə universitet binasını, yaşayış məntəqəsini və başqa tədris obyektlərini özündə cəmləşdirəcək. Bu layihə Gürcüstanda bir ilk olacaqdır.
Universitet şəhərciyi adlanan yeni super-təsisə milyonlarla avro vəsait xərclənəcək və ölkənin 3-cü ən böyük şəhəri Kutaisidə inşa ediləcək. Baş nazir Giorgi Kvirikaşvili mərasim qonaqları ilə universitetin maket modelini müzakirə edir.
"Bugün Gürcüstanda əsrin layihəsi sayılacaq bir layihənin təməlini qoyuruq. Biz region və Gürcüstan üçün misli görülməmiş bir təhsil və tədqiqat mərkəzinin – Kutaisi Universitet Şəhərciyinin inşasına başlayırıq”, - deyə Kvirikaşvili bildirib.
Baş nazir bildirib ki, tələbələr ən çox ehtiyac olan ixtisaslar üzrə təhsil almaq imkanı qazanacaq, ancaq üstünlük daha çox texnoloji sahələrə veriləcək.
Universitet kampusu Kutaisinin ətraf ərazisində, meşə ortasında, göl ətrafında 140 hektarlıq ərazidə salınacaq. Sözü gedən təsis 60,000 tələbəyə xidmət göstərmək gücündə olacaq. Universitetin inşası 2019-cu ilin axırında təhsil alacaq ilk tələbələrin universitetdə yerləşdirilməsinə qədər bir neçə il çəkəcək.
Baş nazir Giorgi Kvirikaşvili Kartu fondunun təsisçisi, sabiq baş nazir Bidzina İvanaşviliyə təşəkkürlərini bildirib. Kartu fondu Kutaisidəki təhsil obyektinin lazım olan bütün xərclərini qarşılayacaq.
Tbilisidəki Texnologiya İnstitutu kimi Kutaisi Universitet Şəhərciyi də bütünlükdə gürcü maqnat və sabiq baş nazir Bidzina İvanaşvili tərəfindən təsis edilmiş xeyriyyə fondu olan Kartu fondu tərəfindən maliyyələşdirilir. Kutaisi Universitet Şəhərciyinin maliyyəsi hələ açıqlanmayıb, ancaq bütövlükdə layihə - Yeni Tədris Təsisatı və Texnologiya Parkı - 1 milyard avro dəyərində qiymətləndirilir.
Kutaisi Universitet Şəhərciyində tədris və elmi-tədqiqat məkanları, ən müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalar, konfrans zalları, kitabxanalar, tələbə kampusları, tələbələr və məllimlər üçün yaşayış məntəqələri, kinoteatr, əyləncə klubları, kafelər, idman zalları və üzgüçülük hovuzları mövcud olacaq.
TƏhsil kompleksində ən yaxşı yerli və xarici müəllimlər mühazirələr oxuyacaq və yeni ali təhsil mərkəzi dünyanın bir sıra öndə gedən universitetləri ilə əməkdaşlıq aparacaq.
"Universitet yerli tələbələr üçün nəzərdə tutulub, lakin xarici tələbələr də burda təhsil ala biləcək", deyə Kvirikaşvili bildirib.
Hökumət başçısı həmçinin bildirib ki, daha çox xarici tələbələri Gürcüstana cəlb etməyi də düşünür.
Tərcümə: Orxan
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun