Masallıda etirazçılar yolu bağlayıblar - video

Masallıda etirazçılar yolu bağlayıblar - video
24 Sentyabr 2016
Mətni dəyiş
Masallıda pensiyaçılar etiraz aksiyası keçiriblər. Pensiyaların «Kapitalbank»ın bankomatlarından çəkə bilməyən sakinlər rayonun mərkəzi yolunu bağlayıblar.
Bu haqda cənub bölgəsindən xəbərlər hazırlayan cenubnews.com xəbər verir.
Xəbərdə bildirilir ki, pensiyaçıların əsas narazılığı bütün Masallı rayonu üzrə «Kapitalbank»ın cəmi 3 bankomatının olmasıdır. Sentyabrın 24-də həmin bankomatlardan cəmi ikisi işlək olub. Bu da bankomatlar qarşısında 100-lərlə insanın toplaşmasına, sıxlıq yaranmasına səbəbə olub. Bankomatlarda pensiyaçıların hər birinə yetəcək məbləğdə vəsaitin olmaması onlarda narazılıq yaradıb.
Pensiyaçıların etirazına polisin müdaxilə etdiyi deyilir. Polis bir neçə nəfəri saxlayıb, ancaq sonradan həmin şəxslər sərbəst buraxılıblar.
Polis əməkdaşları cenubnews.com-un olay yerində çəkiliş aparan əməkdaşı Mirələm Həşimova da peşə fəaliyyətini yerinə yetirməyə imkan verməyiblər.
  [embed]https://www.youtube.com/watch?v=8oZpEpuF55c[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun