Milli Məclisdə Avropa qurumları əleyhinə müzakirələr aparılacaq

Milli Məclisdə Avropa qurumları əleyhinə müzakirələr aparılacaq
23 Sentyabr 2016
Mətni dəyiş
İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycanın üzv olduğu dövlətlərarası orqanın qərarlarını icra etməsi ilə bağlı mexanizm dəyişdirilir.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı yeni “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi hazırlanıb.
Qanun layihəsi Milli Məclisin payız sessiyasında qanunvericilik işləri planına daxil edilib.
Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarının icra edilməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.
Qeyd edək ki, Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, BMT və digər bir neçə qurumun üzvüdür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun