Referendumdan əvvəl, referendumdan sonra - Otto Kester

Referendumdan əvvəl, referendumdan sonra - Otto Kester
21 Sentyabr 2016
Mətni dəyiş
Otto Kester
Referenduma sayılı günlər qaldığı bir vaxtda, ölkədə baş verən hadisələrin görünməyən tərəfini, yəni pərdəarxasını araşdırdığımız zaman, əslində hakimiyyət daxili çəkişmələrin gücləndiyini və referendumdan sonra hakimiyyətin nəyin bahasına olursa olsun, gücləndirilməsinə, vəzifədə olduqları dönəmdə yetərincə güclənən və daha da böyük vəzifə iddiasına düşən məmurların yəqin ki, öz vəzifələrindən uzaqlaşdırılmasına başlanılacağı görə bilərik.
Hakimiyyətin hələ də Qərb-Rusiya arasında qaldığı, hələ də dəqiq seçim edə bilməməsi göz qabağındadır. Qərbdən gələn sanksiya çağırışları hakimiyyətdə qorxu yaradır. Dolların kəskin artışı, neftin qiymətinin ucuzlaşmağı hakimiyyətin gəlirlərinin azalmasına gətirib çıxarıb. Belə bir halda Rusiyaya yaxınlaşmaq hökumətə yaxşı heçnə vəd etmir. Çünki Rusiyanın özündə də ciddi maliyyə böhranı yaranıb.
Putin dünyaya meydan oxumaq üçün rus ordusunu iri həcmli hərbi təlimlərə cəlb edir. Bu təlimlərə xərclənən pullar isə yüz milyon dollarlarla ölçülür. Onsuz da dolların qiymətinin qalxmasının ardından zəifləyən Rusiya iqtisadiyyatı bu xərclərdən sonra daha da zəifləyir. Hakimiyyətə isə öz gücünü və qüdrətini saxlamaq üçün ilk növbədə maliyyə yardımı lazımdır.
Başa düşüləndir ki, rus höküməti Azərbaycan hökümətinə lazım olan maliyyə dəstəyini verə bilməyəcək. Belə olan halda hakimiyyət niyə Rusiyaya meyl etməlidi? Hakimiyyətdə olan iri ranqlı məmurlar bunu qiymətləndirə bilmirmi? Əlbəttə bilirlər, sadəcə Rusiyanın güclü təsirindən çıxa bilmirlər.
Digər bir məsələ referendumdan sonra prezidentin vitse-prezident postlarına kimləri təyin edəcəyidir. Az da olsa, kimlərin vitse-prezident postunu tutacağı məlumdur. İnandırıcı görünmür ki, hakim ailə üzvlərindən kimlərsə bu posta təyin edilsin. Vəzifədə olduqları dönəmdə çox güclənən və hakimiyyət iddiasına düşə bilən nazirlərdən bəziləri yəqin ki, bu formal posta təyin olunacaqlar.
Onların yerini isə hakimiyyətə daha sadiq olan şəxslər tutacaq. Belə olan halda, yeni təyin olunacaq nazirlər və ya vitse-prezidentlər öz növbələrində Rusiyanın təsir dairəsinə düşüb, Rusiyanən maraqlarına xidmət edəcəklərmi? Bu məsələ seçkilərdən sonraki bir iki ay ərzində özünü açıq şəkildə göstərəcək. Qərbdən gələn reaksiyaların nə qədər güclü olması bu məsələdə yekun rol oynayacaq.
Hökumətin dünya bankından kredit almaq istəyini də, öz növbəsində seçkidən sonra hökumətin tutacağı siyasi xətt təyin edəcək. Ölkədə iqtisadiyyatın surətli çöküşü öz novbəsində hakimiyyətin kəskin zəifləməsinə gətirib çıxarır. Qiymətlərin kəskin artımı, işsizliyin sürətli artımı sosial partlayışı qaçılmaz edir. Yəqin ki hökumət nümayəndələri öz növbəsində bunu başa düşür.
Bu vəziyyətdən bir neçə çıxış yolu var. İlk növbədə Rusiyanın təsir dairəsindən çıxıb ,siyasi həbslərə, repressiyalara son qoymaq, azad ticarət bazarına şərait yaratmaq, monopolist məmurları uzaqlaşdırmaq, ölkədə demokratiya institunun inkişafına təkan vermək. Məlum məsələdir regionda Rusiyanın güclü təsiri bu məsələləri həyata keçirməkdə çətinlik yaradadır.
Bunun üçün isə lazım olan addım, Amerikayla olan münasibətləri qaydasına salmaqdır. Dünyanın supergücü olan ABŞ-ın köməyindən istifadə etməklə hakimiyyət öz növbəsində iqtisadiyyatın çöküşünün qarşsını almaqla öz hakimiyyətini də quruya bilər. Bunun üçünsə sadəcə olaraq Qərbin, yuxarıda sadaladığımız tələblərini yerinə yetirmək lazımdır.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun