BMT-dən Haitiyə humanitar yardım sözü

BMT-dən Haitiyə humanitar yardım sözü
16 Oktyabr 2016
Mətni dəyiş
Qasırğa nəticəsində aclığa düçar olan Haitini ziyarət edən BMT-nin Baş katibi Ban ki Moon daha çox humanitar yardım ediləcəyinə dair söz verib.
BMT Baş katibi Ban Ki Moon Matthew qasırğasının Haitiyə vurduğu ziyanla bağlı açıqlamalar verib.
BMT rəsmisi təxminən min adamın həyatını itirdiyi, qıtlıq və vəba epidemiyasının meydana gəldiyi Haitini səfərində qasırğadan təsirlənən xalq ilə bir araya gəlib.
Qasırğanın Haitidə səbəb olduğu dağıntının "təsvir edilə bilməz" olduğunu ifadə edən Ban, "Kolera epidemiyasını dayandırmaq və ölənlərin ailələrini dəstəkləmək üçün əlimizdən gəldiyincə səfərbər olmağa davam edəcəyik", - deyə bildirib.
Baş katib qasırğanın ardından sürətlə yayılmağa başlayan vəba epidemiyasıyla mübarizə üçün xüsusi fond yaradılacağını da sözlərinə əlavə edib.
Qeyd edək ki, BMT Humanitar yardım Koordinasiya Ofisi 11 milyonluq əhalinin yarısının qasırğadan təsirləndiyi Haiti üçün 119 milyon dollarlıq təcili yardım çağırışı etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun