Çernoqoriyada seçkilərdəki saxtakarlıqlarla əlaqədar 100-dən çox iş açılıb

Çernoqoriyada seçkilərdəki saxtakarlıqlarla əlaqədar 100-dən çox iş açılıb
16 Oktyabr 2016
Mətni dəyiş
Çernoqoriyada Xüsusi Prokurorluq müraciətlərə əsasən parlament seçkiləri zamanı seçki qanunvericiliyinin pozulması ilə əlaqədar 104 iş açıb.
Prokurorluğun veridiyi məlumata əsasən, işlərin çoxu "ifadə azadlığının pozulması", "seçki hüququnun pozulması" və "səsvermənin gizliliyinin pozulması" faktı əsasında açılıb. Müraciətlər ölkənin müxtəlif regionlarından olan məntəqələrdən gəlib.
Seçkilərdəki pozuntulardan foto və video materialları Demokratiya və Keçid Mərkəzi ictimailəşdirir. Bir çox məntəqələrdə seçicilər məntəqə nümayəndələrinin onların ada və soyadlarını yüksəkdən oxuduğundan və bununla da partiya nümayəndələrinin qeydiyyat apardığından şikayət edirdilər.
Qeyd edək ki, seçkilər bazar günü bütün Çernoqoriya ərazisində 7:00-dan 22:00-a qədər olan müddətdə keçirilib. Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata əsasən respublikada 528,8 min nəfərin səsvermə hüququ olub. Seçkiqabağı kampaniyalar zamanı da çoxsaylı qarşıdurmalar olmuşdur.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun