Dini ekstremizim əleyhinə əməliyyat aparan şəxslərə əlavə səlahiyyətlər verilib

Dini ekstremizim əleyhinə əməliyyat aparan şəxslərə əlavə səlahiyyətlər verilib
28 Oktyabr 2016
Mətni dəyiş
Azərbaycanda dini ekstremizm əleyhinə əməliyyatların aparılması zamanı əməliyyat aparan şəxslərə bir sıra səlahiyyətlərin verilməsi ilə bağlı sənədlər Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Məsələ ilə bağlı “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Elektroenergetika haqqında”, “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlara eyni məzmunda dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişikliklərə əsasən, hər qanuna uyğun olaraq, dini ekstremizm əleyhinə əməliyyat zamanı əməliyyat aparan orqan tərəfindən müvafiq qərarlar veriləcək və həmin qərara uyğun addımlar atılacaq.
Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, KİV-in  əməliyyatla bağlı məlumatı əməliyyat aparan orqan tərəfindən verilən icazə ilə yayması mətbuat azadlığını məhdudlaşdırır: “Bunun başqa formasını tapmaq olardı”.
Müzakirələrdən sonra layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun