Güclü sel Bakı-Astara magistral yolunu bağlayıb - fotolar

Güclü sel Bakı-Astara magistral yolunu bağlayıb - fotolar
27 Oktyabr 2016
Mətni dəyiş
Yerli sakinlərin verdiyi məlumata görə, qaz xəttinin boruları sıradan çıxıb, su bəndi dağılıb.
Son günlər yağan yağışlar nəticəsində Cəlilabad rayonunda bəzi göllərin və çayların səviyyəsi qalxıb.
Rayon sakinlərin verdiyi məlumata əsasən, yaranan sel nəticəsində Alar kəndində vəziyyət təhlükəli hala gəlib, kəndin əsas qaz xəttinin boruları partlayıb.
Cəfərxanlı kəndində isə yağışlardan sonra göl və çay sularının qalxması ilə su bəndi dağılıb.
Əraziyə texnikalar cəlb edilib.
Sel sonrası Bakı-Astara magistral yolu bağlanıb, gediş-gəliş çətinləşib.

sel1 sel2 sel3

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun