İctimai yerlərdə dini təbliğata görə cəzaların müəyyənləşdirilməsi yenidən təxirə salınıb

İctimai yerlərdə dini təbliğata görə cəzaların müəyyənləşdirilməsi yenidən təxirə salınıb
28 Oktyabr 2016
Mətni dəyiş
"Sanksiyalar müvafiq olaraq 3 000 manatdan 10 000 manata qədər cərimə, yaxud ömürlük azadlıqdan məhrumetməyə qədər cəzalardan ibarətdir".
Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişikliklə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişikliklərin müzakirəsi növbəti dəfə təxirə salınıb.
MM-in sədri Oqtay Əsədov bildirib ki, müvafiq komitə sədrləri bu məsələnin növbəti iclasda müzakirəyə çıxarılması barədə razılığa gəliblər. Qeyd olunan məsələlər ictimai yerlərdə, ibadətgahlardan kənarda dini ayinlərin təşkili, dini ayinlərin və mərasimlərin əcnəbilər tərəfindən keçirilməsi, dini ekstremist materialların hazırlanması, dini fanatizm zəminində terrorçuluq, dini zəmində ayrı-seçkilik, dini ekstremizm əleyhinə əməliyyatların aparılması zamanı tələblərin pozulması və s. ilə bağlı sanksiyalardır.
Sanksiyalar müvafiq olaraq 3 000 manatdan 10 000 manata qədər cərimə, yaxud ömürlük azadlıqdan məhrumetməyə qədər cəzalardan ibarətdir. Hər iki məcəllədə nəzərdə tutulan sanksiyalar sentyabrın 8-də komitə iclaslarının gündəliyinə salınıb və sonradan gündəlikdən çıxarılıb.
Oktyabr ayında məsələ komitələrin gündəliyinə yenidən salınaraq MM-in bu gün keçirilən plenar iclasında müzakirəyə tövsiyə edilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun