İlya Varlamovun Bakının "mənfi" tərəfi haqqında yazdıqları və çəkdiyi FOTOLAR – BİRİNCİ HİSSƏ

İlya Varlamovun Bakının "mənfi" tərəfi haqqında yazdıqları və çəkdiyi FOTOLAR – BİRİNCİ HİSSƏ
6 Oktyabr 2016
Mətni dəyiş
Məşhur rusiyalı blogger İlya Varlamov bu yaxınlarda Bakıda olub və Bakı haqqında öz təəssüratlarını şəxsi bloqunda yazıb. O, ölkələri gəzərək, oradakı müsbət və mənfi cəhətlərin fotolarını çəkərək, öz bloquna yerləşdirir. Həmçinin həmin fotolara şərh verir.
Varlamov deyir: Bu iş mənə çətin gəlir. Bakı mənim çox xoşuma gəlirdi və sevimli şəhəri tənqid etmək heç asan deyil! Lakin siz bu bloqa şirin təriflərçün yox, həqiqət üçün girirsiniz. Doğrudurmu ki, Bakıda heç də hər şey yaxşı deyil? Doğrudur!
1 – Məsələn, Bakıda həqiqi xarabalıqlar var! Onları turistlərə göstərmirlər, lakin onlar var. Televiziya qülləsindən təpəyə qalxın və ordan aşağı, köhnəlmiş qəribə evlərin səpələndiyi yamaclarla enin.
01
2 – Əyilmiş hasarlar və damlar, zibildən toplanmış zavallı daxmalar – bütün bunlar Bakıda var. Deyirlər, bunlar qanunsuz yaşayış yerləridir.
02
3 – Zibilləri yığışdırmırlar03
4 – Bax belə evlər var burada
04
5 – Belə küçələr var
05
6 – Hansısa anlaşılmaz pilləkənlər, cığırlar…Tam Afrikadır
06
7 – Su borusunun oyuqları
07
8 – Üfüqdə – Yeni Bakı
08
9 – Burada insanlar yaşayır
09
10.
10
11.
11
12 - Oğurlamasınlar deyə
12
13.
13
14 - Bütün postsovet şəhərləri kimi, Bakının da qismətinə miskin tikililərilə sonsuz mikrorayonlar düşüb. Bir çox evlər dağılır, fasadlar qorxunc görünür. Xüsusilə turistik yollardan uzaq düşən evlərin bəxti gətirmir…Əgər ev görünümürsə, o elə də qalacaq və dağılacaq. Azərbaycanda gözə kül üfürməyi xoşlayırlar.
14
15 – "Boşqablar"
15
16 – Köhnə sovet evləri burada bax belə görünür
16
17 – Balkonları otaqlara birləşdirirlər. Lakin Yerevandakı yabanı tikilələr burada yoxdur.
17
18 - Yataqxana
18
19 – Həyət
19
20.
20
21.
21
22 – Həyətlər tozlu və çirklidir. Sulanmadığına və əlavə qulluq göstərilmədiyinə görə burada ot bitmir, buna görə də, demək olar ki, hər yerdə torpaq, çılpaqdır. Buna görə də şəhər çox tozludur.
22
23 – Abadlıq
23
24 – “Секси” значит “цех”. Мебельный цех (Tərcüməsiz daha gözəl səslənir - red)
24
25.25
26 – Bakıda tərk edilmiş yeni binalar da çoxdur. Keçən illərin tikinti canlanmasında hər kəs öz gücünü hesablamamışdı. Kimsə bina tikib, lakin icarədar tapa bilməyib. Kimsə rabitə əlaqəsini yarada bilməyib. İndi belə kabuslar şəhərin hər yerində var.
26
27 - Dəhşət
27
28 – Müasir Bakının daha bir bəlası – kondisionerlər. Burda onları çəkinmədən binaların əsas fasadına yerləşdirirlər və qətiyyən arxitekturanı nəzərə almırlar.
28
29 – Axı belə olmaz!
29
30 – İstidir? Kondisioneri arxa fasada yerləşdirin! Yaxud balkonda gizlədin və ya damda mərkəzi kondisioner quraşdırın. Bütün fəsadlarını eybəcərləşdirmək niyə? Üstəlik, bunu həm köhnə, həm də yeni binalarda edirlər.
30
31 – Bu, stadionun yanındakı piyada zolaqlarıdır!
31
32 –  Bakının mərkəzində üç xətli metro var. Ümumilikdə isə şəhər boyu yalnız avtobuslar işləyir, tramvay və trolleybus burda yoxdur. Avtobuslar eyni zamanda bir neçə marşrut üzrə işləyir, buna görə də tez-tez dəyişilməli olurlar. Gecələr avtobuslar işləmir. Şəhərətrafı ərazilərdə saat 20.00-dan sonra da gözə dəymirlər. Gecələr orda 2008-ci ildən mərkəzdə sürülməsi qadağan olunan marşrutlar hərəkət etməyə başlayırlar.
32
33 –  İnsanlar öz alətləri ilə iş axtarırlar. Neftin qiyməti düşəndən sonra Azərbaycan manatı iki dəfə ucuzlaşdı. Buna görə ölkədə ərzaq qiymətləri qalxdı və bir çox insan işindən oldu. Azərbaycanda işsizlik səviyyəsi həmişə yüksək olub, indi isə vəziyyət daha pisdir. Insanlar hər işdən yapışırlar, bir çoxu isə çörək pulu arxasınca Rusiyaya üz tutur.
33
34 – Gözəl fonarlar heç də həmişə yerində olmur.
34
35 – Bakıda nədənsə küçələri əllə süpürürlər. Səhər tezdən yüzlərlə qadın süpürgə ilə yolları təmizləyir. Qəribədir ki, mən burada təmizləyici texnikaya rast gəlməmişəm.
35
36 – Digər postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da bəziləri tapılır ki, öz şəxsi rahatlıqları cəmiyyətinkindən vacibdir. Maşını park etmək lazımdırsa, onu sakitcə sakidə saxlamaq olar.
36
37 – Mərkəzdə avtomobil dayanacağı.
37
38 – Bəziləri "ağıllılar" hesab edir ki, onlar parketmə yerini zəbt edə bilər.
38
39 –  Lakin Bakıda əsas dərd keçidlərlədir! Təsəvvür edin, gözəl piyada küçəsi ilə gedirsiz və birdən kiçik sakit küçədə yeraltı keçid! Dəhşət…
39
40 – Bəli, onlar bəzi keçidlərdə eskalatorlar qoyurlar, lakin bu xilas etmir. Şəhərin mərkəzində küçəxarici keçidlər – bu, mütləq pislikdir. Bunu eləmək – cinayətdir.
40
41 – Qalxmanın bütün növləri: eskalator, pandus, əlillər üçün lift. Lakin bunlar yarltı keçidi cazibədar etmir.
41
42 – Ümid edirəm, Bakıya ağıllı-başlı rəhbər gələcək və bütün bu keçidləri dağıdacaq.
42
43 –  Bakının ən təmtəraqlı keçidi!
43
44 – İnsanlar ona saraya daxil olan kimi daxil olur və şəkil çəkdirirlər.
44
45 – Lakin o da işə yaramır. Qazmaq və zebra düzəltmək!
45
46 – İnsanlar köstəbək deyil. Pul çoxdur? Yerin altına maşınları salın, yuxarıda isə ictimai məkanlar bə parklar düzəldin. Bakı daha gözəl olar.
46
47 – Çox yerdə ümumiyyətlə keçid yoxdu və insanlar yolu qaçaraq keçməli olur.
47
48 – Sahilyanı boyunca hansısa dəhşətli geniş yol uzanır.
48
49 – Onu qaçaraq keçməsinlər deyə mərkəzdə hətta ayırıcı baryer qoyublar. Lakin orda sürəti azaltmaq, zebralar qoymaq, ayırıcı zolaqda isə ağaclar əkmək daha məqsədəuyğun olardı.
49
50 – Bakı gecəsi… İşıqlar hardadır?
50
Ardı var…
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun