Rusiyada “Milk-Pro”nun 16 tondan artıq məhsulu saxlanılıb

Rusiyada “Milk-Pro”nun 16 tondan artıq məhsulu saxlanılıb
28 Oktyabr 2016
Mətni dəyiş
Azərbaycan şirkətinin süd məhsulları Moskva, Moskva vilayəti və Tula vilayətində “Rosselxoznadzor”un qeydiyyatından keçməyib.
“Food logistic” MMC-nin müvəqqəti anbarlarında “Milk-Pro” şirkətinin ümumi çəkisi 16,06 ton süd məhsullarının (pendir, xama, kərə yağı, qatıq, ayran) rəsmiləşdirilməsi qayandırılıb, deyə “Rosselxoznadzor”un məlumatında qeyd edilir.
Baytarlıq nəzarəti zamanı müəyyən edilib ki, ixrac üçün nəzərdə tutulmuş məhsulların bir hissəsində RF-yə ixrac üçün “Rosselxoznadzor”un icazəsi yoxdur. Bundan başqa, məhsulların üzərində qeyd olunan tarix faktiki istehsal tarixi ilə üst-üstə düşmür. Bəzi məhsulların üzərində rus dilində müvafiq məlumat da yoxdur.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun