Rusiyanın “Hələb təklifi” rədd edilib

Rusiyanın “Hələb təklifi” rədd edilib
19 Oktyabr 2016
Mətni dəyiş
ABŞ və Britaniya Hələb üzərinə hava zərbələrinin dayandırılması üçün Rusiya və Suriyanın “müvəqqəti” atəşkəs təklifini rədd ediblər.
Dəməşq və Moskva bildirmişdilər ki, 48 saatlıq atəşkəs sülh danışıqlarının davam etdirilməsi üçün başlanğıc ola bilərdi.
Moskva oktyabrın 20-də səkkiz saatlıq humanitar yardım fasiləsindən əvvəl qiyamçıların və yaralıların Hələbi tərk etmələri üçün hava hücumlarını müvəqqəti dayandıracağını elan etmişdi. Lakin ABŞ Dövlət Departamenti Rusiyanın təklifini “gecikmiş və az faydalı” adlandırıb. BMT isə Hələb şəhərinə humanitar yardımın göstərilməsi üçün səkkiz saatın çox az müddət olduğunu bildirib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Rusiya və Dəməşq Hələbin şərqindəki əhalinin oranı tərk etməsi üçün 6 təhlükəsiz dəhliz verməyə hazırdır. Lakin BMT bildirib ki, humanitar yardımın göstərilməsi üçün bütün tərəflərin atəşkəs təminatını alınmalıdır.
   

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun