"Game of Thrones"-un ulduzları Sevilya-Barselona oyununu izləyib [Fotolar]

"Game of Thrones"-un ulduzları Sevilya-Barselona oyununu izləyib [Fotolar]
8 Noyabr 2016
Mətni dəyiş
Azərbaycan auditoriyasının də maraqla izlədiyi "Game of Thrones" serialının ulduzları İspaniya La-Liqasının Sevilya-Barselona oyununu azarkeşlik ediblər.
Bu barədə Goal.com saytı xəbər yayıb. Bu maraqlı oyun serialın Əndəlüsdəki çəkilişləri ilə eyni vaxtda baş tutub. Oyun ərəfəsində Sevilya klubunun prezidenti film heyətini və məhşurları matçı izləməyə dəvət edib. Oyundan sonra qonaqlar klubun prezidenti ilə də görüşüb.
Ulduz qonaqları arasında aktrisa Emilia Clarke (Daenerys Targaryen), Peter Dinklage (Tyrion Lannister), Conleth Hill (Varys), Gwendoline Christie (Brienne de Tarth), Liam Cunningham (Davos Seaworth), Hafþór Júlíus Björnsson (La Montaña), Iain Glen (Jorah Mormont) y Nikolaj Coster-Waldau (Jaime Lannister) olub.
Qeyd edək ki, Sevilya-Barselona oyunun qonaqların 2:1 qələbəsi ilə başa çatıb.
game-of-thrones-sevilla-barcelona game-of-thrones-sevilla-barcelona_1 game-of-thrones-sevilla-barcelona_8 game-of-thrones-sevilla-barcelona1 kit-harington-emilia-clarke-game-of-thrones-cast-cheer-on-sevilla-at-football-match-03 the_game_of_thrones_cast_went_on_a_big_school_trip_to_see_seville_play_barcelona

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun