Ağ Ev Obamanın İran qərarını açıqlayıb

Ağ Ev Obamanın İran qərarını açıqlayıb
3 Dekabr 2016
Mətni dəyiş
Ağ Ev, İrana tətbiq olunan enerji sahəsindəki sanksiyaları 10 il artırmağı nəzərdə tutan layihəni ABŞ prezidenti Barack Obamanın imzalayacağını açıqlayıb.
Ağ Ev sözçüsü Eric Schultz gündəlik mətbuat konfransında, Nümayəndələr Palatasının ardından dünən də Senatda qəbul edilən İrana qarşı enerji sahəsindəki sanksiyaların müddətini uzadan qanunla bağlı sualları cavablandırıb.
İran sanksiyaları qanununun lazımsız olduğunu uzun müddətdir dilə gətirdiklərini ifadə edən Schultz, "Bu qanunun gərəksiz olduğuna inanırıq. Digər tərəfdən qanunun, İran ilə P5 + 1 ölkələrinin razılaşma əldə etdiyi planla əks olmadığına inanırıq. Bu səbəbdən prezident Obamanın bu layihəni imzalayacağını gözləyirəm", - deyə bildirib.
İranın nüvə anlaşmasındakı öhdəliklərini yerinə yetirdiyi müddət ərzində özlərinin də üzərlərinə düşən məsuliyyəti eyni şəkildə davam etdirəcəklərini ifadə edən Schultz, İranın bölgədəki sabitliyə zərbə vuran hərəkətlərinə də toxunub.
"İrana qarşı mövqeyimiz dəyişməyəcək"
Schultz, "İranın bölgədəki terrorizmi dəstəkləmə, ballistik raket proqramı kimi digər hərəkətlərinə qarşı mənfi fikirlərimiz hələ də qalmaqdadır. Bu cür hərəkətlərə, güclü sanksiyalarla cavab verməkdən də çəkinmirik. Bu mövqeyimiz dəyişməyəcək", - deyə qeyd edib.
İranın dini lideri Ayətullah Əli Xameneyi, söz mövzusu qanunun nüvə razılığına zidd olduğunu bildirərək, layihənin qüvvəyə minməsi halında buna sərt reaksiya verəcəklərini açıqlamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun