Bakıda daha bir marşrutun hərəkəti dəyişdirilir

Bakıda daha bir marşrutun hərəkəti dəyişdirilir
2 Dekabr 2016
Mətni dəyiş
Paytaxtın inzibati ərazisində fəaliyyət göstərən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dəyişikliyə əsasən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar Bakı Beynəlxalq Avtovağzalından çıxdıqdan sonra “Moskva” prospektinə gedəcək, oradan isə Dadaş Bünyadzadə küçəsi ilə hərəkət edərək A.M.Şərifzadə küçəsi ilə yolunu davam etdirəcək.
Bu dəyişikliyin əsas səbəbi 2-ci Alatava qəsəbəsi sakinlərinin metronun “İnşaatçılar” stansiyasına, eləcə də şəhər mərkəzi istiqamətində gediş-gəlişini asanlaşdırmaqdır. Dəyişiklikdən sonra Alatava sakinlərinin Bakı Beynəlxalq Avtovağzalına gediş-gəlişi də asanlaşacaq.
Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 03.12.2016-cı il tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.
37 marşrut

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun