Fransanın baş naziri istefa verərək prezidentliyə namizəd olacaq

Fransanın baş naziri istefa verərək prezidentliyə namizəd olacaq
4 Dekabr 2016
Mətni dəyiş
Fransanın baş naziri Manuel Valls sosialistlərin prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçiriləcək ilkin seçkilərdə iştirak edəcək.
APA-nın məlumatına görə, bu barədə “Journal du Dimanche” (JDD) qəzeti məlumat yayıb.
M.Valls keçən həftə növbəti prezident seçkilərinə qatılmaqdan imtina edən prezident Fransua Ollandın əvəzində ilkin seçkilərdə iştirak edəcək. Qəzet M.Valls-ın dekabrın 5-də namizədliyini rəsmən elan edəcəyini yazıb. O, eyni zamanda baş nazir postundan istefa verəcəyini açıqlayacaq. Fransanın baş naziri postunda M.Valls-ı kimin əvəzləyəcəyi isə hələ məlum deyil.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun