Nardaran məhbuslarından daha 12 nəfərin işi məhkəməyə göndərilib

Nardaran məhbuslarından daha 12 nəfərin işi məhkəməyə göndərilib
2 Dekabr 2016
Mətni dəyiş
Nardaran qəsəbəsində baş verən hadisələrə görə, həbs olunan daha 12 məhbusun işi məhkəməyə göndərilib.
Bu barədə həmin şəxslərin vəkillərindən Fariz Namazlı məlumat verib.
Vəkil məhkəmənin vaxtının hələ bəlli olmadığını deyib.
İşləri məhkəməyə göndərilən nardaranlılar Qasımov Elçin, Yəhyayev Ağa-Əli, Qəhrəmanov Nahid, Şirvanov Seyfəddin, Muradov Fərhad, Əliyev Ramil, Axundov Elgün, Alış Vüsal, İbrahimov İsa, Aslanov Seymur, Şahbazov Əli və Əliyev Əmirəlidir.
Adları çəkilən şəxslər qarşı Cinayət Məcəlləsinin cinayətə hazırlıq, terrorçuluq, kütləvi iğtişaş və digər maddələri ilə ittiham irəli sürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun