Nizami Süleymanov vəfat edib

Nizami Süleymanov vəfat edib
2 Dekabr 2016
Mətni dəyiş
Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü Nizami Süleymanov vəfat edib.
APA-nın xəbərinə görə, yas mərasimi bu gün saat 14.00-da Bakıdakı Heydər məscidində olacaq.
Qeyd edək ki, N. Süleymanov 25 oktyabr 1945-ci ildə anadan olub. O, 202 elmi əsərin müəllifidir. N. Süleymanov iki dəfə prezidentliyə namizəd (1992 və 1998-ci illərdə) olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun