Putin Milli Məclisin deputatına "Dostluq" ordeni verib

Putin Milli Məclisin deputatına "Dostluq" ordeni verib
2 Dekabr 2016
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelini "Dostluq" ordeni ilə təltif edib. 
"Azərbaycan ilə Rusiya arasında münasibətlər uğurla inkişaf edir"
Azərtac-ın xəbərinə görə, bu sözləri Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıda jurnalistlərə müsahibəsində deyib.
Qriqori Karasin bildirib ki, iki dost ölkə olan Azərbaycan ilə Rusiya arasında bir çox sahələri, o cümlədən sənaye, iqtisadiyyat, regional siyasət və digər sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Bizim əsas vəzifəmiz qarşılıqlı fəaliyyətin koordinasiyasını gücləndirmək və ölkələrarası dostluq münasiblərini daha da genişləndirməkdir.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfəsinə görə Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelini “Dostluq” ordeni ilə təltif edib. Nazir müavini deyib ki, ölkələrarası dostluq əlaqələrinin inkişafına töhfə verən şəxslərə diqqətin ayrılması vacib məqamdır.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin isə Azərbaycan Rus İcmasının fəaliyyətini yüksək qiymətləndirib, ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələrindən danışıb.
Sonra Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinə “Dostluq” ordeni təqdim edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun