Qanada saxta ABŞ səfirliyi açan Türkiyə vətəndaşları yaxalanıblar

Qanada saxta ABŞ səfirliyi açan Türkiyə vətəndaşları yaxalanıblar
3 Dekabr 2016
Mətni dəyiş
Qanada illərdir işləyən, müraciət edənlərdən 6 min dollar qarşılığında ABŞ vizası və müxtəlif sənədlər verən saxta səfirlik ortaya çıxıb. Saxta səfirlikdə amerikalı adı ilə işləyənlərin isə Türkiyə vətəndaşları olduqları üzə çıxıb.
ABŞ Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, "Spartan Vanguard" adı verilən əməliyyat nəticəsində ortaya çıxan saxta ABŞ səfirliyində Qana və Türkiyə vətəndaşları işlədiblər.
Məlumata görə, Qananın paytaxtı Accanın mərkəzində yerləşən bir binada həftəiçi hər gün səhər  7:30-12:00 arası ABŞ bayrağının dirəyə çəkildiyi, prezident Obamanın portretinin asıldığı binanın içində müraciət edənlərdən pul müqabilində saxta ABŞ vizası təmin ediblər. Nazirliyin açıqlamasında saxta səfirlik işçilərinin flamanca və ingliscə danışan türklərdən və ganalı bir prokurordan ibarət olduğu bildirilib.
Cinayətkar dəstənin qurbanları əsasən Qana, Fildişi Sahili və Togo vətəndaşları olduğu qeyd olunub.
Açıqlamada həmin dəstənin Accada saxta Hollandiya səfirliyi də işlətdikləri vurğulanıb.
[caption id="attachment_16620" align="aligncenter" width="700"]Qanadakı Amerika Səfirliyinin binası Qanadakı Amerika Səfirliyinin binası[/caption]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun