Trump 37 illik ABŞ ənənəsini pozub

Trump 37 illik ABŞ ənənəsini pozub
3 Dekabr 2016
Mətni dəyiş
ABŞ-ın yeni prezidenti Donald Trump, Tayvanın prezidenti ilə telefonla danışaraq, 1979-cu ildə rəsmi əlaqələr kəsildiyindən bəri davam edən ənənəni pozmuş oldu.
Trumpın komandasının verdiyi məlumata görə, ABŞ prezidenti ilə Tayvan prezidenti Tsai Ing-wen telefon danışığında "Yaxın iqtisadi, siyasi və təhlükəsizlik əlaqələri" kimi mövzular gündəmə gəlib.
Trumpın bu hərəkəti Çinin sərt reaksiyasına səbəb olub, çünki Çin Tayvanı öz torpaqlarının bir hissəsi kimi görür. Çin Xarici İşlər Nazirliyi bu barədə ABŞ-a nota göndərib.
Rəsmi xəbər agentliyi "Xinhua"nın məlumatına görə, rəsmi Pekin Vaşinqtonu, Çin-ABŞ əlaqələrinin pozulmaması üçün Tayvan məsələsində diqqətli şəkildə davranmağa çağırıb.
[caption id="attachment_16611" align="alignnone" width="624"]Tsainin ofisindən paylaşılan foto - Tayvan lideri, ABŞ prezidenti Trump ilə telefonda danışır Tsainin ofisindən paylaşılan foto - Tayvan lideri, ABŞ prezidenti Trump ilə telefonda danışır[/caption]
Bəs nə olmuşdu?
Trump dünən sosial şəbəkə vasitəsilə Tsainin seçkilərdə qələbə qazanmasından sonra özünə zəng edərək, təbrik etdiyini bildirmişdi. Trumpın komandası, onun da eyni zamanda Tsaini keçən il Tayvanın prezidenti olması münasibətilə təbrik etdiyini açıqlayıb.
Belə ki, hansısa ABŞ prezidentinin Tayvanın liderləri ilə birbaşa danışması tez-tez yaşanan hallardan sayılmır. Trumpın bu hərəkətinin Çinin sərt reaksiyasına səbəb ola biləcəyi şərhlərindən sonra yeni prezident bu cür paylaşım etmişdi:
"ABŞ-ın Tayvana milyonlarla dollarlıq hərbi avadanlıq satmasına baxmayaraq, bir təbrik telefonu belə qəbul edə bilməməyim maraqlı haldır."
Ağ Ev, Trumpın telefon danışığının ABŞ siyasətində dəyişikliyə işarə olmadığını açıqlayıb: "Prezident ABŞ-ın Tayvan siyasətindən xəbərdardır".
Xatırladaq ki, Washington, Pekinin "Vahid Çin" siyasətinə dəstək verdiyini açıqlayaraq, Tayvan ilə rəsmi əlaqələri 1979-cu ildə kəsmişdi. Pekinin bu siyasətinə görə, Tayvan Çinin bir hissəsidir.
Tayvanın ilk qadın lideri Tsai, yanvar ayındakı seçkilərdə qələbə qazanaraq, eyni zamanda partiyasını də zəfərə daşımışdı.
Prezidentin mənsub olduğu partiyasının ənənəvi olaraq Çindən müstəqilliyə meyilli olduğu bilinir. Tsai rəhbərliyi də "Vahid Çin" siyasətini rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun