Yolların buz bağlama ehtimalı var

Yolların buz bağlama ehtimalı var
4 Dekabr 2016
Mətni dəyiş
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Bildirilir ki, dekabrın 5-6-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənəcək. Dekabrın 5-də axşam, dekabrın 6-da gün ərzində arabir yağış yağacaq, bəzi yerlərdə sulu qara, qara keçəcək. Havanın temperaturu 5-8 dərəcə enəcək, gündüz temperatur 3-5 dərədə isti olacaq.
Azərbaycanın bölgələrində dekabrın 5-i günün ikinci yarısında, dekabrın 6-da isə gün ərzində hava qeyri-sabit keçəcək, arabir yağış, sulu qar, qar yağacaq. Bəzi yerlərdə yağıntı intensiv olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 3-6dərəcə enəcək. Yolların buz bağlama ehtimalı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun