Milli Şuranın mitinqinə görə 62 cəbhəçi polisə aparılıb [siyahı]

Milli Şuranın mitinqinə görə 62 cəbhəçi polisə aparılıb [siyahı]
24 Sentyabr 2017
Mətni dəyiş

Milli Şura 23 sentyabr mitinqi ərəfəsində polisə çağırılan və həbs edilən AXCP üzvlərinin siyahısını yayıb.

Abzas.net xəbər verir ki, fəallar mitinqdən 1-2 gün qabaq polisə çağırılıb, bölmələrdə saxlanılıblar. Bir neçə cəbhəçiyə isə sutkalıq həbs verilib.

Məlumata görə, ümumilikdə mitinq ərəfəsində 62 AXCP üzvü saxlanıb, onlardan 7 nəfərə 10 və 15 sutka qaydada həbs edilib. Onların sırasında mitinq təşkilatçılarından İlham Hüseyn də var.

1) Saqif Qurbanov – AXCP Təşkilat Şöbəsinin müdiri, 16.09 tarixdə Bakı şəhəri Səbail rayon polis şöbəsinə çağırılıb və xəbərdarlıq edilərək sərbəst buraxılıb. 22.09 tarixdə Səbail polisi gəlib evindən aparıb və həmin tarixdə Səbail rayon məhkəməsinin qərarı ilə İ.X.M-nin 535.1 maddəsi ilə (polisə müqavimət) 15 sutka həbs cəzası verilib.

2) Vüsal Rəsulov – AXCP Sabunçu rayon şöbəsinin fəalı, 16.09 tarixdə Bakı şəhəri Sabunçu rayon polis şöbəsinə çağırılıb və xəbərdarlıq edilərək sərbəst buraxılıb.

3) İslam Həsənov – AXCP Şəki rayon şöbəsinin sədri, 17.09 tarixdə Şəki rayon polis şöbəsinə çağırılıb və xəbərdarlıq edilərək sərbəst buraxılıb.

4) Bəhruz Həsənli – AXCP Suraxanı rayon şöbəsinin sədri, 17.09 tarixdə polis evinə basqın edib, Bakının Suraxanı rayon polis şöbəsinin 33-cü bölməsinə aparılıb, xəbərdarlıq edilərək bir neçə saatdan sonra sərbəst buraxılıb. 22.09 tarixdə səhər Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb. Həmin tarixdə axşam radələrində yenidən Suraxanı rayon 33-cü polis bölməsinə aparılıb. 22.09 tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə İ.X.M-nin 535.1 maddəsi ilə (polisə müqavimət) 15 sutka həbs cəzası verilib.

5) Aqil Məhərrəmov – AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, 16.09 tarixdə Bakı şəhəri Sabunçu rayon polis şöbəsinə çağırılıb və xəbərdarlıq edilərək sərbəst buraxılıb. 22.09 tarixdə axşam radələrində yenidən Sabunçu rayon polis şöbəsinə çağırılıb və həmin tarixdə Sabunçu rayon məhkəməsinin qərarı ilə İXM-nin 535.1 maddəsi üzrə (polisə müqavimət) 15 sutka həbs cəzası verilib.

6) Nicat Abdullayev – AXCP Binəqədi şöbəsi, partiyanın təşkilat şöbəsinin üzvü,  16.09 tarixdə Bakının Yasamal rayon polis şöbəsinin 28-ci bölməsinə çağırılıb və xəbərdarlıq edilərək sərbəst buraxılıb.

7) Yalçın Abdullayev – AXCP Binəqədi şöbəsinin sədr müavini, 16.09  tarixdə Bakının Binəqədi rayon polis şöbəsinin 4-cü bölməsinə çağırılıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb. 17.09 tarixdə polis sahə müvəkkili tərəfindən xəbərdarlıq olunub. Goranboy rayonundan da kənd sovetindən zəng olunub xəbərdarlıq edilib. 23.09 tarixdə səhər saat 6.30-da evindən aparıblar Binəqədi rayon polis şöbəsinin 4-cü bölməsinə, 12 saat saxladıqdan sonra saat 19-da Binəqədi rayon məhkəməsinə aparılıb və məhkəmənin qərarı ilə İXM-nin 535.1 maddəsi (polisə müqavimət) ilə 200 manat cərimə edilərək sərbəst buraxılıb.

8) Paşa Dadaşov – AXCP Binəqədi şöbəsi, 16.09 tarixdə Bakının Binəqədi rayon polis şöbəsinin 7-ci bölməsinə çağırılıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb.

9) Ayaz Məhərrəmli – AXCP Xətai şöbəsi, 17.09 tarixdə Bakının Suraxanı rayon polis şöbəsinə dəvət olunub. 18.09 tarixdə Bakının Nizami rayon polis şöbəsindən qeydiyyatda olduğu nənəsigilə zəng edib təzyiq ediblər. 18.09 tarixdə Nizami rayon polis şöbəsinə gedib, xəbərdarlıq və həbslə təhdiddən sonra sərbəst buraxılıb. 23.09 tarixdə səhər tezdən Nizami və Suraxanı rayon polis şöbəsindən evinə gəlib aparıblar Nizami polis şöbəsinə. Həmin tarixdə  Nizami rayon məhkəməsinin qərarı ilə İXM-nin maddəsi ilə  200 manat cərimə olunub. Bu qərardan sonra da daha 2 saat polis şöbəsində saxlanılaraq sonra sərbəst buraxılıb.

10) Dilarə Miriyeva – AXCP Nəsimi şöbəsi, 17.09 tarixdə Bakının Nəsimi rayon polis şöbəsinə aparılıb, mitinqə getməmək barədə xəbərdarlıq edilib və bir neçə saatdan sonra sərbəst buraxılıb.

11) Cəlil Hüseynov – AXCP Yasamal rayon şöbəsinin sədri, 17.09 tarixdə Bakının Xəzər rayon polis şöbəsinə çağırılıb,  xəbərdarlıq edilərək sərbəst buraxılıb.

12) Emil Səlimov – AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, 17.09 tarixdə Bakının Nəsimi rayon polis şöbəsinə aparılıb, xəbərdarlıq edilib və bir neçə saatdan sonra sərbəst buraxılıb. 22.09 tarixdə Nəsimi rayon polis əməkdaşları gəlib evdən aparıblar Nəsimi rayon məhkəməsinə. Elə həmin tarixdə axşam gec saatlarda Nəsimi rayon məhkəməsinin qərarı ilə İ.X.M-nin 535.1 maddəsi ilə (polisə müqavimət) 15 sutka həbs cəzası alıb.

13) İlham Abbasov – AXCP Xətai şöbəsinin fəalı, 16.09 tarixdə Bakının Xətai rayon polis şöbəsinin 37-ci bölməsinə aparılıb, gecə ona təzyiqlər göstərilib və 17.09 tarixdə səhər sərbəst buraxılıb.

14)Abdulla Mahmudov – AXCP Sabunçu şöbəsinin fəalı, 20.09 tarixdə Bakının Sabunçu rayon polis şöbəsinin 15-ci bölməsinə çağırılıb, xəbərdarlıq edilib və bir neçə saatdan sonra sərbəst buraxılıb. Öncədən atasını da evdən polis aparmışdı.

15) Ramid Nağıyev – AXCP Binəqədi şöbəsinin fəalı, 19.09 tarixdə Bakının Binəqədi rayon polis şöbəsinin 6-cı bölməsinə aparılıb, səhərə qədər orda qalıb, səhər rayon polis idarəsinə aparıblar, bir neçə saatdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.

16) Cəfər Nərimanov – AXCP Binəqədi Gənclər Komitəsinin sədri, 18.09 tarixdə Bakının Binəqədi rayon polis şöbəsinin 6-cı bölməsinə aparılıb,  bir neçə saatdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.

17)Nicat Niftəliyev – AXCP Yasamal şöbəsi, 17.09 tarixdə Bakının Yasamal rayon polis şöbəsinin 29-cu bölməsinə aparılıb,  bir neçə saatdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıb.

18) Şəmistan Həziyev – AXCP Yasamal şöbəsi, 18.09 tarixdə Bakının Yasamal rayon polis şöbəsinin əməkdaşları evinə gəlib xəbərdarlıq ediblər.

19) Ayət İsmayıl – AXCP Beyləqan rayon şöbəsi, 18.09 tarixdə Beyləqan polisi tərəfindən axtarılıb.

20) Aqil Əliyev – AXCP Nərimanov şöbəsi, 18.09 tarixdə qeydiyyatda olduğu Biləsuvar rayonunda polisə çağırılıb.

21) İslam İslamzadə – AXCP Xətai şöbəsi, 18.09 tarixdə Ağdam rayon polis şöbəsi onun qardaşını çağırıb və Bakıda yaşayan İslam İslamzadənin gəlməsini tələb ediblər.

22) Orxan Baxışlı – AXCP Xətai şöbəsi, 18.09 tarixdə Cəlilabad rayon polis şöbəsi onun atasını çağırıb və təhdid edərək Bakıda yaşayan Orxan Baxışlının telefon nömrəsini tələb ediblər.

23) İsmayıl Həsənov – AXCP Nəsimi şöbəsi, 18.09 tarixdə Nizami rayon polis şöbəsinə çağırılıb, rəis müavini tərəfindən hədə -qorxu gələrək mitinqə gedəcəyi təqdirdə həbs olunacağı ilə bağlı təhdid edilib. Bir neçə saatdan sonra sərbəst buraxılıb. 22.09 tarixdə yenidən Nizami rayon polis şöbəsindən telefonla zəng olunub, rəis müavini mitinqlə bağlı onu qanunsuz olaraq hədələyib, İ.Həsənov çağırışa əməl etməyib və polisə getməyib.

24) Ağaseyid Hüseynli – AXCP Xətai şöbəsi, 18.09 tarixdə evinə iki mülki geyimli polis gəlib onun harda olduğunu soruşub.

25) Cabbar Savalanlı – AXCP Sumqayıt şəhər şöbəsi, Partiyanın Ali Məclisinin üzvü, 19.09 tarixdə Sumqayıt polis şöbəsinə çağırılıb, İ.X.M-nin 510.1 maddəsi ilə 51 manat cərimə edlərək sərbəst buraxılıb.

26) Emin Maniyev – AXCP Nəsimi şöbəsi, 17.09 tarixdə Bakının Xəzər rayon polis şöbəsinə çağırılıb, xəbərdar edilərək bir neçə saatdan sonra sərbəst buraxılıb. 23.09 tarixdə səhər Xəzər rayon  polis şöbəsi tərəndən saxlanılıb, gecə ora zəng olunub, orda olmadığını deyiblər, hələ də xəbər yoxdur.

27) Fuad Tağızadə – AXCP Nəsimi şöbəsi, 17.09 tarixdə özünü Bakının Nərimanov rayon yol polisi əməkdaşı kimi təqdim edən polis kapitanı Toğrul Sadıqov ona zəng edib və deyib ki, guya F.Tağızadə maşınla qəza törədib. 18.09 tarixdə evinə 8 nəfər polis əməkdaşı gəlib. 19.09 tarixdə Nərimanov rayon polisindən telefonuna zəng gəlib və başqa bir bəhanə ilə idarəyə çağırılıb. O rəsmi yazılı çağırış olmadığı təqdirdə ora getməyəcəyini bildirib. Həmin tarixdə polis sahə müvəkkili və 2 mülki geyimli evinə gələrək onu zorla maşına mindirib aparıblar Nərimanov r-dakı polis bölməsinə, müxalifətdən uzaqlaşması və mitinqə gedəcəyi təqdirdə həbs olunacağı ilə bağlı təhdid ediblər, Facebook hesabının parolunu alaraq, mitinqə aid şəkilləri siliblər. Sonra ata və anasını polisə çağırıblar, onları da təhdid ediblər ki, niyə onun müxalifətə qoşulmasına imkan verirlər. Sonra F. Tağızadəni gecə saat 1-də Nərimanov rayon polis idarəsinə aparıblar, şəklini çəkiblər, barmaq izlərini götürüblər və sərbəst buraxıblar. Bundan sonra işlədiyi Vania Otelə gedəndə, ona işdən azad olunduğunu bildiriblər.

28) Budaq Kərimov – AXCP Nəsimi şöbəsi, 18.09 tarixdə qeydiyyatda olduğu Şəki rayon polis şöbəsinin rəis müavini və sahə rəisi onunla telefonla danışıb xəbərdarlıq və rayona gəlməsini tələb ediblər.

29) Mehdi Nağıyev – AXCP Sumqayıt şöbəsi, 19.09 tarixdə Sumqayıt şəhər polis şöbəsi tərəfindən evdən aparılıb, İ.X.M-nin 510.1 maddəsi ilə 51 AZN cərimə edilərək sərbəst buraxılıb.

30) Elnur Həsənov – AXCP Sumqayıt şöbəsinin sədri, 19.09 tarixdə Sumqayıt şəhər polis şöbəsi tərəfindən evdən aparılıb, İ.X.M-nin 510.1 maddəsi ilə 51 AZN cərimə edilərək sərbəst buraxılıb.

31)Xətai Nəbiyev – AXCP Sumqayıt şöbəsi, 19.09 tarixdə Sumqayıt şəhər polis şöbəsinə çağırılıb, İ.X.M-nin 510.1 maddəsi ilə 51 AZN cərimə edilərək sərbəst buraxılıb.

32) Vüqar Məmmədov – AXCP Binəqədi şöbəsi, 20.09 tarixdə Bakının Sabunçu polis şöbəsinin 15-ci bölməsinə çağırılıb, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

33) Məhərrəm Rzayev – AXCP Yasamal şöbəsi, 19.09 tarixdə Bakının Suraxanı polis şöbəsinin 31-ci bölməsinə aparıblar, xəbərdarlıq edildikdən sonra sərbəst buraxıblar. 22.09 tarixdə yenidən Bakının Suraxanı polis şöbəsindən evinə gəlib 3 saat atası ilə danışıblar, sonra özü gedib polis şöbəsinə, 23.09 tarixdə axşam gec saatlarda sərbəst buraxıblar.

34) Məcnun Əhmədov – AXCP Yasamal şöbəsi, 19.09 tarixdə Bakının Yasamal polis şöbəsinin 28-ci bölməsinə aparıblar, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

35) İlham Hüseyn – AXCP Gənclər komitəsinin sədri, partiyanın Ali Məclisinin Rəyasət heyətinin üzvü, 19.09 tarixdə Bakının Xəzər rayon polis şöbəsinə çağırılıb, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. 22.09 tarixdə axşam çağı  yenidən Bakının Xəzər rayon polis şöbəsinə çağırılıb, elə həmin tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə İ.X.M-nin 535.1 maddəsi ilə (polisə müqavimət) 15 sutka həbs cəzası verilib.

36) Ruslan Qarayev – AXCP Sumqayıt şöbəsi, 19.09 tarixdə Sumqayıt şəhər polis şöbəsinə çağırılıb, Bakıda olduğu üçün getməyib.

37) Anar Məlikov – AXCP Cəlilabad şöbəsindən Ali Məclis üzvü, 19.09 tarixdə Cəlilabad rayon polis şöbəsi tərəfindən çağırılıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb.

38) Şahin Ağayev – AXCP Lənkəran şöbəsi Gənclər Komitəsinin sədri, 20.09 tarixdə Lənkəran rayon polis şöbəsinə çağırılıb, polis rəisinin müavini Faiq İsmayılov xəbərdarlıq edəndən sonra sərbəst buraxılıb.

39) Nazim Həsənli – AXCP Lənkəran şöbəsinin sədri, 20.09 tarixdə müəllim işlədiyi məktəbdən polislər gəlib aparıblar Lənkəran polis şöbəsinə, rəis müavininin xəbərdarlığından sonra sərbəst buraxılıb.

40) Nicat İbadov –  AXCP Lənkəran şöbəsindən Ali Məclis üzvü, 20.09 tarixdə Lənkəran polis şöbəsinə çağırılıb, rəis müavininin xəbərdarlığından sonra sərbəst buraxılıb.

41) Bəxtiyar İmanov – AXCP Binəqədi şöbəsinin sədr müavini, partiyanın təşkilat şöbəsinin üzvü, 18.09 tarixdə Bakının Yasamal şöbəsinin 28-ci bölməsinə çağırılıb, xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

42) Murad Sultanov – AXCP Salyan şöbəsi, partiyanın MNTK-nın üzvü, 19.09 tarixdə Salyan rayon polis şöbəsinin əməkdaşları, sahə müvəkkili və mülki geyimli şəxslər Arxarası kəndində yaşayan anasının evinə gedib 71 yaşlı qadını təhdid ediblər. Sonra qonşu kənddə yaşayan qardaşına hədə-qorxu gələrək Bakıda yaşayan Murad Sultanov ilə əlaqə saxlamasını, onun mitinqlə bağlı təbliğat aparmağı və siyasi fəaliyyətini dayandırmasını tələb ediblər.

43) Sövdagər Mursaquliyev – AXCP Ağstafa şöbəsinin sədri, 21.09 tarixdə Ağstafa rayon polis şöbəsinə çağırılıb, mitinqə gedəcəyi təqdirdə həbs olunacağı ilə bağlı təhdid və xəbərdarlıqdan sonra sərbəst buraxılıb. 22.09 tarixdə səhər tezdən Ağstafa rayon polis şöbəsinə aparılıb, xəbərdarlıqdan sonra axşam gec saatlarında sərbəst buraxılıb.

44) Məzahir Rəhimov – AXCP Ağdaş şöbəsindən Ali Məclis üzvü, 21.09 tarixdə Ağdaş rayon polis şöbəsinə çağırılıb, mitinqə getməməsi ilə bağlı təzyiq və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

45) Babək Həsənov – AXCP Nərimanov şöbəsi, partiyanın Ali Məclis üzvü, 22.09 tarixdə səhər Suraxanı rayon polis şöbəsinin 33-cü bölməsinə aparılıb, xəbərdarlıq edilərək sərbəst buraxılıb. Təkrar 23.09 tarixdə Suraxanı rayon polis şöbəsinin əməkdaşları tərəfindən səhər tezdən evindən 33-cü polis bölməsinə aparılıb. Həmin tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunaraq sərbəst buraxılıb.

46) Nicat Nizamov – AXCP Suraxanı şöbəsinin fəalı, 22.09 tarixdə səhər evinə basqın edilərək, atası Suraxanı rayon polis şöbəsinin 30-cü bölməsinə aparılıb, oğlunun gəlməsi tələb olunub. Sonradan aparılan Nicat Nizamov xəbərdarlıq edilərək sərbəst buraxılıb. Təkrar 23.09 tarixdə səhər tezdən Suraxanı rayon polis şöbəsindən evinə gəlib aparıblar 30-cu polis bölməsinə. Həmin tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə İ.X.M-nin 535.1 maddəsi ilə (polisə müqavimət) 10 sutka inzibati həbs cəzası alıb.

47) Etibar Məmmədli – AXCP Xətai şöbəsi, 21.09 tarixdə gecə vaxtı mitinqlə bağlı vərəqə paylayarkən polis tərəfindən fiziki təzyiq göstərilərək saxlanılıb, Xətai rayon 34-cü polis bölməsinə aparılıb, 22.09 tarixdə Xətai rayon məhkəməsində İ.X.M-nin maddəsi üzrə 15 sutka həbs cəzası verilib.

48) Elşən Abdullayev – AXCP Mingəçevir şəhər şöbəsinin sədri, 21.09 tarixdə Mingəçevir şəhər polis şöbəsindən sahə müvəkkili telefonla söhbətə dəvət edib, getməyib, 22.09 tarixdə həmin polis evinə gəlib, mitinqə gedəcəyi təqdirdə həbs olunacağı ilə bağlı təhdid edib. Sonradan həmin tarixdə polislər günorta radələrində gəlib evdən aparıblar. 23.09 tarixdə 27 saat saxlandıqdan sonra Mingəçevir şəhər məhkəməsinin qərarı ilə 200 manat cərimə edilərək sərbəst buraxılıb.

49) Lazım Mehbalıyev – AXCP Yasamal şöbəsi, 22.09 tarixdə Bakının Qaradağ rayon polis şöbəsinə çağırılıb, yol hərəkətini pozmağa və dəmir yolunu səhv keçdiyinə görə 120 AZM məbləğində cərimə edilərək sərbəst buraxılıb.

50) Qadir Xudabaxşiyev – AXCP Mingəçevir şöbəsi, 22.09 tarixdə Mingəçevir şəhər polis şöbəsinə çağırılıb, mitinqə getməmək barədə xəbərdarlıq olunaraq sərbəst buraxılıb.

51) Elman Abbasov – AXCP Mingəçevir şöbəsindən Ali Məclis üzvü, 22.09 tarixdə Mingəçevir şəhər polis şöbəsinə çağırılıb, mitinqə getməmək barədə xəbərdarlıq olunub. 23.09 tarixdə Bakıya mitinqə gələrkən Kürdəmirdən geri qayıtmağa məcbur ediblər.

52) Elxan Nuriyev – AXCP Xətai şöbəsi, 22.09 tarixdə səhər evdən çıxarkən Binəqədi rayon polisləri tərəfindən saxlanılaraq Binəqədi rayon 5-ci polis bölməsinə aparılıb, xəbərdarlıqdan sonra sərbəst buraxılıb.

53) Ruslan Qurbanlı – AXCP Nərimanov şöbəsi, 21.09 tarixdə Səbail rayon polis şöbəsinə çağırılıb, xəbərdarlıq ediləndən sonra sərbəst buraxılıb. Təkrar 22.09 tarixdə Səbail rayon polis şöbəsindən zəng edib dəvət ediblər, getməyib. 21.09 tarixdə Lənkəran polis şöbəsindən də bir neçə dəfə zəng olunub.

54) Xəlqi Hüseyn – AXCP Suraxanı şöbəsi, 23.09 tarixdə səhər saat 7-də Suraxanı rayon polis əməkdaşları evinə basqın edərək, onu 31-ci polis bölməsinə aparıblar. Elə həmin tarixdə 8 saat polis bölməsində saxladıqdan sonra Suraxanı rayon məhkəməsinə aparılaraq İXM-nin 510-cu maddəsinə əsasən (ünvansız söyüş) 100 manat cərimə olunub və sərbəst buraxılıb.

55) Haqverdi İsmayılov – AXCP Göyçay şöbəsi, 22.09 tarixdə Göyçay rayon polis şöbəsi tərəfindən mitinqə getməməklə bağlı xəbərdarlıq olunub.

56) Elman İbrahimov – AXCP Göyçay şöbəsi,  22.09 tarixdə Göyçay rayon polis şöbəsi tərəfindən mitinqə getməməklə bağlı xəbərdarlıq olunub.

57) Vidadi Manafov – AXCP Göyçay şöbəsi,  22.09 tarixdə Göyçay rayon polis şöbəsi tərəfindən mitinqə getməməklə bağlı xəbərdarlıq olunub.

58) Elman Məmmədov- AXCP Sabunçu şöbəsi, 22.09 tarixdə səhər küçədə divara mitinqlə bağlı vərəqə yapışdırdığına görə Sabunçu rayon polisi tərəfindən 14-cü polis bölməsinə aparılıb. Mitinqə getməməklə və cərimə ediləcəyi ilə bağlı xəbərdarlıq olunub və sərbəst buraxılıb. Axşam saat 16.00-da yenidən 14-cü polis bölməsinə çağırılıb, lakin o getməyib. 23.09 tarixdə Milli Şuranın mitinqi bitəndən sonra yenidən 14-cü bölməyə gedib və bir daha xəbərdarlıq alaraq, 100 manat cərimə olunduğu deyilib. 24.09 tarixdə yenidən 14-cü polis bölməsinə getməsi tələb olunub və rəisin onunla danışacağı bildirilib.

59) Elnur Cabbarlı – AXCP Qaradağ şöbəsinin sədri, 22.09 tarixdə saat 18.30-da Bakının Qaradağ rayon polis şöbəsindən evinə gəlib profilaktik söhbət etmək bəhanəsi ilə şöbəyə aparıblar. Ora çatanda deyiblər ki, burda qalmalıdır və yalnız sabah mitinq qurtarandan sonra buraxılacaq. 23.09 tarixdə saat 17.20-də sərbəst buraxılıb. Həmin tarixdə saat 21.00 radələrində yenidən polisşöbəsindən evinə gəliblər, lakin o evdə olmayıb, sonra evindən mobil telefonuna zəng vuraraq polis şöbəsinə çağırıblar, səbəbini soruşduqda xəbərdarlıq olunduğu ilə bağlı sənədə qol çəkməsinin lazım olduğu bildirilib. Lakin o getməkdən imtina edib. Bu zaman polislər E.Cabbarlının atasını polis şöbəsinə girov aparıblar, o da məcbur olub gedib Qaradağ rayon polis şöbəsinə. Sonra E.Cabbarlını Qaradağ rayon məhkəməsinə aparıblar və məhkəmə 200 manat cərimə olunması ilə bağlı qərar verib. Guya o 23.09 tarixdə saat 14.00-da küçədə telefonla danışarkən ucadan söyüş söyüb və polis də onu saxlayıb. Halbuki həmin vaxt E.Cabbarlı polis şöbəsində olub.

60) Füzuli Qəhrəmanlı – AXCP Beyləqan şöbəsinin sədri, 22.09 tarixdə Beyləqan rayon polis şöbəsinə çağırılıb, 2 saat saxlanılaraq mitinqə getməməklə bağlı ondan xahiş olunub və sonra sərbəst buraxılıb.

61) Seymur Həsənov – AXCP Beyləqan şöbəsi,  22.09 tarixdə Beyləqan rayon polis şöbəsinə çağırılıb, mitinqə getməməklə bağlı ondan xahiş olunub və sonra sərbəst buraxılıb.

62) Pərviz Mahmudov – AXCP Ağstafa şöbəsi, 23.09 tarixdə Ağstafa rayon polis şöbəsindən evinə hücum ediblər və ailə üzvlərini mitinqə getməsi ilə bağlı təhdid ediblər, özü isə evdə olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun