Azərbaycan hüququn aliliyinin ən pis olduğu 35 ölkədən biridir

Azərbaycan hüququn aliliyinin ən pis olduğu 35 ölkədən biridir
15 Oktyabr 2021
Mətni dəyiş

2021-ci il ölkələr üzə Hüququn Üstünlüyü İndeksi (Rule of Law Index) yaylıb. 

Ötən il olduğu kimi bu il də Azərbaycan indeksdə yer almayıb. 139 ölkənin olduğu siyahıda region ölkələrindən Türkiyə 117-ci, Rusiya Federasiyası 101-ci, Gürcüstan 49-cu, İran 119-cu sırada yer alıb.

Danimarka, Norveç, Finlandiya indeksin ilk üç sırasında, Venesuela, Kamboca, Konqo Demokratik Respublikası isə son üç sırasında yer alıb.

Ancaq 2021-ci il üzrə İnsan hüquqları və qanunun aliliyi indeksinə görə isə Azərbaycan 173 ölkə arasında ən pis 35 ölkədən biridir.

Yerli hüquq müdafiəçiləri və beynəxlaq insan hüquqları təşkilatları dəfələrlə Azərbaycanda hüququn vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə ediblər. Onlar qeyd ediblər ki, Azərbaycanda söz, ifadə və sərbəst toplaşmaq azadlıqları təmin olunmur, bu hüquqlardan istifadə edən şəxslər isə qanunsuz olaraq siyasi təqiblərə və həbslərə məruz qalırlar.

Azərbaycanın prezidenti və hökumət nümayəndələri dəfələrlə bu iddiaları və hesabatları rədd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun