Paşinyan sabah Putinlə görüşəcək

Paşinyan sabah Putinlə görüşəcək
11 Oktyabr 2021
Mətni dəyiş

Putinlə Paşinyan sonuncu dəfə bu il iyulun 7-də görüşüblər

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla oktyabrın 12-də Moskvada görüşəcək. Bu haqda TASS agentliyi Putinin mətbuat katibi Dmitri Peskova istinadla xəbər verir.

“Bəli, belə bir görüşə hazırlıq gedir”, – Peskov deyib.

Putinlə Paşinyan sonuncu dəfə bu il iyulun 7-də görüşüblər.

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə Paşinyanla görüşə hazır olduğunu demiş, Paşinyan da cavabında hətta mina xəritələrini də gətirməyə boyun olmuşdu. Ancaq bundan ötrü erməni əsirlərin buraxılması şərtini irəli sürmüşdü.

İki ölkə liderinin nə vaxt görüşəcəyi bəlli deyil. Onlar sonuncu dəfə bu il yanvarın 11-də Putinin vasitəçiliyi ilə Rusiyada bir araya gəliblər. Həmin görüşdə imzalanmış bəyanatda əsasən regionda kommunikasiyaların açılması nəzərdə tutulur.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonun işğaldan azad edib. Putinin vasitəçiliyi ilə imzalanmış atəşkəs razılaşmasına uyğun olaraq əsgərlərin təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun