ATƏT-in Minsk Qrupunun həmsədrləri sərhəddə baş verən hadisələrlə bağlı bəyanat yayıblar

ATƏT-in Minsk Qrupunun həmsədrləri sərhəddə baş verən hadisələrlə bağlı bəyanat yayıblar
16 Noyabr 2021
Mətni dəyiş
ATƏT-in Minsk Qrupunun həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Endryu Şofer, Rusiya Federasiyasından İqor Xovayev və Fransadan Bris Roquefeuil) bəyanat yayaraq regionda, o cümlədən Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrlə bağlı dərin narahatlıqlarını bildiriblər. Həmsədrlər tərəfləri vəziyyətin dərhal deeskalasiyası üçün konkret addımlar atmağa çağırıb. Həmsədrlər həmçinin tərəfləri qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə, 9 noyabr bəyanatı və digər birgə razılaşdırılmış atəşkəs razılaşmalarına əsasən götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırıblar. Son zamanlar gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulanıb. Həmsədrlər tərəfləri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu-York və Parisdə həmsədrlərin himayəsi altında keçirilən birgə görüşləri zamanı əldə edilmiş irəliləyişə əsaslanaraq, regionda təhlükəsizlik, sabitlik və tərəqqi üçün birbaşa dialoqu davam etdirməyə çağırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun