Peskov: "Azərbaycan, Rusiya və Ermənistan liderlərinin dəqiq görüş tarixi müəyyən edilməyib"

Peskov: "Azərbaycan, Rusiya və Ermənistan liderlərinin dəqiq görüş tarixi müəyyən edilməyib"
8 Noyabr 2021
Mətni dəyiş
Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında videokonfrans vasitəsilə danışıqların aparılması üzərində iş gedir, lakin dəqiq tarix hələ müəyyən edilməyib. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. “Putin, Əliyev və Paşinyanın videokonfrans görüşü mövzusunu izah edirəm. Doğrudan da biz təsdiq etmişik ki, belə görüşə hazırlıq üzərində iş gedir, amma burada biz qeyd etmək istəyirik ki, hələlik dəqiq razılaşma və belə görüşün nə zaman baş tuta biləcəyi barədə anlaşma yoxdur. Bu iş davam edir”, - deyə D.Peskov bildirib. Bundan əvvəl İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında videokonfrans formatında üçtərəfli görüşün noyabrın 9-da, yaxud 10-da baş tutacağı açıqlanmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun