Aksiyada saxlanılan Tofiq Yaqublu və bəzi fəallar cərimələnərək sərbəst buraxılıblar

Aksiyada saxlanılan Tofiq Yaqublu və bəzi fəallar cərimələnərək sərbəst buraxılıblar
16 Dekabr 2021
Mətni dəyiş

Ötən gün Bakının mərkəzində Saleh Rüstəmlinin azad edilməsi tələbilə keçirilən aksiya zamanı saxlanılan üç nəfər cərimə təyin edildikdən sonra buraxılıb.

Əsasən Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, həmçinin Xalq Cəbhəsi Partiyasının fəalları cərimələniblər.

Onlar "karantin rejimini pozmaqda" ittiham olunublar.

Cərimələnənlər bunlardır:
1.Tofiq Yaqublu- 400 manat
2.Kənan Zeynalov- 400 manat
3. Babək Həsənov - 400 manat
4. Ramil Məmmədov- 400 manat
5. Mehriban Hüseynli- 400 manat
6. Səbinə Mirzəyeva- 400 manat
7.Gülnarə Rəhimova 400 manat
8.Şamil Nəsirov - 400 manat
9.Rəşid Turabov- 200 manat
10. Şirvan Sultanov- 100 manat

Hüquq müdafiəçilərinin məlumatına görə, ümumilikdə, 30 nəfər saxlanılıb. Qalanların taleyi hələlik məlum deyil.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elşad Hacıyev bildirib ki, polis Bakının mərkəzində razılaşdırılmamış aksiyanın qarşısını alıb.

"Cəhdin qarşısı alınıb, həmin şəxslər ərazidən çıxarılıb. Asayiş keşikçilərinin qanuni tələblərinə əməl etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra buraxılıb", Hacıyev deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun