Apellyasiya Məhkəməsi Rüstəm İsmayılbəylini azad edib

Apellyasiya Məhkəməsi Rüstəm İsmayılbəylini azad edib
16 Dekabr 2021
Mətni dəyiş

Bu gün Bakı Apellyasiya Məhkəməsi gənc fəal Rüstəm İsmayılbəylinin şikayətinə yenidən baxdıqdan sonra inzibati cəzanın müddətini yarıya endirib və onu həbsdən azad edib.

Bu barədə fəalın yaxınları məlumat veriblər.

İsmayılbəyli dekabrın 1-də Fəvvarələr Meydanında Saleh Rüstəmlini müdafiə aksiyası dağıdılandan bir saat sonra saxlanılıb. Ertəsi gün məhkəmə onu karantin rejimini pozmaqda ittiham edərək 30 gün müddətinə həbs edib.

Lakin hüquq müdafiəçilərinin fikrincə, həbsin əsl səbəbi gəncin fəal vətəndaş mövqeyidir.

Vəkilin verdiyi ilk apellyasiya şikayəti təmin edilməmişdi.

Bu gün Apellyasiya Məhkəməsi fəalın şəxsi şikayətinə baxıb və onun cəzasını çəkdiyi müddətə qədər yüngülləşdirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun