İsraildə quş qripi səbəbindən 5 mindən çox durna ölüb, yüz minlərlə toyuq öldürülüb

İsraildə quş qripi səbəbindən 5 mindən çox durna ölüb, yüz minlərlə toyuq öldürülüb
29 Dekabr 2021
Mətni dəyiş

İsraildə quş qripi səbəbindən 5 mindən çox durna ölüb. 

Yerli mətbuatın məlumatına görə, ölkənin şimalında təhlükəsizlik səbəbindən yüzminlərlə toyuq məhv edilib.

Hökumət qurumları bildirib ki, virus ölkənin kənd təsərrüfatına hər il təsir edir. Ancaq bu il bu təsirlər daha da genişlənib. Qeyd olunub ki, virusun yayıldığı fermalardan bazara məhsul çıxartmaq qadağan edilib.

İsrailin Səhiyyə Nazirliyi virusun hələlik insanlara keçmədiyini bildirsə də, ehtimal olunur ki, Hula Dövlət Parkına ziyarət üçün gələn uşaqlar virusa yoluxa bilərlər.

Hökümət Hula Dövlət Parkının bağlanmasına qərar verib. Bildirilir ki, ən qısa zamanda virusun və fəsadlarının aradan qaldırılması istiqamətində işlər görülür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun