Məhkəmədə Əli Həsənovun dindirilməsi tələb olunur

Məhkəmədə Əli Həsənovun dindirilməsi tələb olunur
17 Dekabr 2021
Mətni dəyiş

Dövlət başçısının keçmiş müavini Əli Həsənovla bağlı korrupsiya qalmaqalı yenidən artır.

Dekabrın 16-da Ağır Cinayətlər Məhkəməsində Həsənovun əlaltısı, KİV-ə Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərlinin işi üzrə keçirilən məhkəmə iclasında Səfərlinin vəkilləri yenidən Əli Həsənovun məhkəməyə çağırılmasını tələb ediblər.

Jurnalist evlərinin tikilməsi üçün KİV-ə Dövlət Dəstəyi Fonduna ayrılmış 17 milyon manatdan çox dövlət vəsaitinin mənimsənilməsində onun iştirakı olduğu bildirilib.

Tikintini Əli Həsənov və onun qohumları tərəfindən təsis edilmiş "Portos" firması həyata keçirirdi.

Səfərlinin vəkilləri açıq-aşkar bildiriblər ki, pulu kim mənimsəyibsə, o da ödəməlidir.

Proses dekabrın 21-nə qədər təxirə salınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun