Moskva Türkiyə-Ermənistan münasibətlərinin düzəldilməsində də vasitəçi ola biləcəyini deyir

Moskva Türkiyə-Ermənistan münasibətlərinin düzəldilməsində də vasitəçi ola biləcəyini deyir
29 Dekabr 2021
Mətni dəyiş
Moskva münasibətlərin normallaşdırılması ilə bağlı Türkiyənin barış əhval-ruhiyyəsini alqışlayır, Rusiya  Xarici İşlər Nazirliyi rəhbərinin müavini Andrey Rudenko RİA Novosti-yə müsahibəsində bildirib. "Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, şübhəsiz ki, regionda ümumi vəziyyətin yaxşılaşmasına səbəb olardı. Bu baxımdan son zamanlar Ankara və Yerevanın ikitərəfli dialoqa başlamaqla bağlı fəal şəkildə nümayiş etdirdikləri əhval - ruhiyyəni alqışlayırıq", - Rudenko deyib. Rusiya bu dialoqda Ermənistanla Türkiyə arasında vasitəçi olmağa hazırdır", - o qeyd edib. “Bununla yanaşı, ilkin şərtlərin irəli sürülməsindən imtina etməyi, tədricən inamın və mehriban qonşuluq mühitinin formalaşmasına gətirib çıxara biləcək qarşılıqlı məqbul mövzulara və addımlara diqqət yetirməyi vacib hesab edirik", -  o deyib. Ermənistan-Türkiyə barışıq komissiyasının ilk iclasının Moskvada keçirilməsi təklif edilib. Lakin Ankara ikitərəfli görüşü vasitəçilərsiz keçirməyi təklif edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun