Rusiya "Bayraktar"dan daha yaxşı PUA düzəltdiyini iddia edir

Rusiya "Bayraktar"dan daha yaxşı PUA düzəltdiyini iddia edir
14 Dekabr 2021
Mətni dəyiş

"Rusiyada hazırlanan pilotsuz uçan apparatlar (PUA) Türkiyənin "Bayraktar" zərbə dronlarından daha üstündür". 

RBK telekanalının məlumatına görə, bunu Rusiyanın Baş nazir müavini Yuri Borisov deyib.

"Rusiyada hazırlanan apparatlar nəinki geridə qalır, hətta texniki göstəricilərdə daha üstündür", - deyə o bildirib.

Baş nazir müavinin sözlərinə görə, ölkəsi dronların xarici müştəriləri ilə əməkdaşlıq etməyə başlaya bilər. "Öz nümunələrimizi sərgilədiyimiz sonuncu Dubay sərgisi bizim qarşımızda yeni imkanlar açır. Rusiya bu növ silah ixrac edən ölkələrin arasına girə bilər", - deyə o bildirib.

Bundan əvvəl Rusiyanın ilk zərbə dronu olan S-70 "Oxotnik" üzərində iş aparıldığı bildirilmişdi.

Məlumata görə, PUA-nun uzunluğu 14 metr, uçuş çəkisi isə 20 tondur. Onun yerini radiolokasiya vasitəsiylə müəyyənləşdirməyin çətin olduğu bildirilir.

Rusiya müdafiə nazirinin müavini Aleksey Krivorçuk deyib ki, cihaz artıq bütün lazımi avadanlıqlarla təchiz olunub və hazırda onun ilk uçuşunun həyata keçirilməsinə hazırlıq gedir. Məlumata görə, dron Rusiya Federasiyasının Silahlı Qüvvələrinə 2024-cü ildə daxil ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun