Avropa İttifaqı Belarusa ilkin sanksiyaları tətbiq edib

Avropa İttifaqı Belarusa ilkin sanksiyaları tətbiq edib
25 May 2021
Mətni dəyiş

Avropa İttifaqı Afinadan Litvaya uçan “Ryanair” şirkətinə məxsus təyyarəni müxalif jurnalisti həbs etmək üçün endirən Belarusa ilkin sanksiyalar barədə qərar verib. Bu qadağa Avropa İttifaqı Şurasının nazirlərinin razılaşması və təsdiqindən sonra qüvvəyə minəcək.

Artıq Belarusa aid bütün növ təyyarələrin məqsədindən asılı olmayaraq Avropa Birliyi ərazisinə girməsi qadağan olunub.

Avropa İttifaqı liderləri bu insidenti bənzəri görünməmiş hadisə adlandıraraq, məsələ ilə bağlı araşdırma başladılmasını istəyiblər.

ABŞ prezidenti Cozef Bayden “Ryanair”in təyyarəsinin Minskdə məcburi endirilməsində iştirak edənlərin məsuliyyətə cəlb olunması variantını administrasiyasına tapşırıb. Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqını Minsk hava limanında baş verən məlum hadisəyə ikili standartlarla yanaşmamağa çağırıb.

Avropa İttifaqının növbəti günlərdə daha sərt sanksiyalarla çıxış edəcəyi gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun