AXCP sədrinin müavini Türkiyənin CHP və Gələcək partiyalarının sədr müavinləri ilə görüşüb

AXCP sədrinin müavini Türkiyənin CHP və Gələcək partiyalarının sədr müavinləri ilə görüşüb
27 May 2021
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Ünal Çeviköz və Gələcək partiyasının sədr müavini Ümid Yardımla görüş keçirib.

Bu barədə məlumatı Abzas-a AXCP-dən veriblər.

Məlumata görə, görüşlər partiyaların qərargahlarında baş tutub.

Sədr müavinləri partiyalar arasında ikitərəfli əlaqələri, Türkiyə - Azərbaycan münasibətlərini və regional məsələləri müzakirə ediblər. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Ünal Çeviköz və Gələcək partiyasının sədr müavini Ümid Yardım Azərbaycanın Respublika günü münasibəti ilə təbriklərini çatdırıblar.

AXCP sədr Əli Kərimli də görüşlər barədə açıqlama verib. O bildirib ki, görüşlərdə ölkələrimiz arasındakı hazırkı münasibətlər, xalqlarımızın daha dərin əlaqələrinin qurulması üçün lazım olan tədbirlər, partiyalarımızın ortaq əməkdaşlıq sahələri və perespektiv planlar haqqında müzakirələr aparılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun